Naxçıvan idmançısı Türkiyədə KBN döyüşünün qalibi olub
Naxçıvan, 7 mart, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində IMAO – Beynəlxalq Döyüş Sənətləri Təşkilatı və Dünya KBN Döyüş Sənətləri Federasiyası tərəfindən beynəlxalq turnir təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 14 ölkədən idmançıların qatıldığı yarış çərçivəsində KBN kəməri uğrunda döyüşlər də keçirilib. Şərurdan olan idmançı Alişan İsmayılov boks üzrə 60 kiloqram çəki dərəcəsində çıxış edib. Rusiya təmsilçisi ilə görüşdən üstün ayrılan idmançımız kəmərin sahibi olub.