Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 5 avqust (AZƏRTAC). Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublika Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev, muxtar respublikanın fövqəladə hallar naziri Şamı Abdullayev, ədliyyə naziri Suliddin Əliyev, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, “Naxçıvan” Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunur. Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq cari ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları istifadəyə verilib, 36 meqavat gücündə “Ordubad” Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Bundan əlavə, alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində də işlər görülür. Qaz təchizatında da ardıcıl tədbirlər görülüb, itkini minimuma endirmək məqsədilə Naxçıvan-Şahbuz orta təzyiqli və Naxçıvan-Sədərək yüksək təzyiqli yeni magistral qaz kəmərləri istifadəyə verilib, Naxçıvan-Culfa qaz kəmərində bərpa işləri aparılıb.

Qeyd olunub ki, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə gündəlik tələbat 80-85 meqavat, təbii qaza tələbat 700 min kubmetrdir. Qış mövsümündə isə elektrik enerjisi tələbatı 45-50 meqavat, təbii qaz tələbatı 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.

Ali Məclisin Sədri müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək deyib: Dövlət Energetika Agentliyi qış aylarında abonentlərin və təsərrüfat subyektlərinin elektrik enerjisi ilə fasiləsiz təchizatı üçün istismar müddəti ötmüş elektrik avadanlıq və xətlərinin yenilənməsini diqqət mərkəzində saxlamalıdır. Elektrik enerjisinin keyfiyyətlə ötürülməsi və qəza hallarının qarşısının alınması üçün Naxçıvan şəhərində yerüstü elektrik xətlərinin yeraltı kabellərlə əvəz olunması davam etdirilməli, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, elektrik enerjisindən istifadə zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülməlidir.

Dövlət Energetika Agentliyinə, həmçinin tapşırılıb ki, elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq məqsədilə aidiyyəti orqanlarla birlikdə reydlərin keçirilməsini davam etdirsin, baş verə biləcək qəza hallarının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün tələb olunan mal-materialın, avadanlıqların alınıb muxtar respublikaya gətirilməsini və zəruri ehtiyatının yaradılmasını təmin etsin, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görsün, qəza-bərpa briqadalarının komplektləşdirilməsi və onların təlimatlandırılması işini mövsüm başlananadək başa çatdırsın.

Müşavirədə təbii qaz yanacağı ilə təminatla əlaqədar vəzifələrdən danışan Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə tapşırıb ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar qısa müddətdə qaz təchizatı sisteminə texniki baxışı həyata keçirsin, mövcud nasazlıqları vaxtında aşkar edərək aradan qaldırsın. İstifadə müddəti bitmiş qaz sayğaclarının dəyişdirilməsini sürətləndirsin, sayğacdankənar istifadənin qarşısının alınması üçün görülən işlərin səmərəliliyini artırsın. Təbii qaz nəqlinin qış mövsümünə uyğun texnoloji rejimlə həyata keçirilməsi üçün qaztənzimləyici qurğuların tənzimlənməsini təmin etsin. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması diqqət mərkəzində saxlanılsın, işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görülsün. Qəza hallarının aradan qaldırılmasında operativlik təmin edilsin, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqət artırılsın. Yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə olunsun, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi və sabit ehtiyatın yaradılması diqqət mərkəzində saxlanılsın. Yeni qaz xətlərinin təhlükəsiz yerlərdən çəkilməsi təmin edilsin, quraşdırılan sayğacların istismar müddəti nəzarətdə saxlanılaraq aidiyyəti orqanlarla birlikdə qaz sayğaclarının təmiri sexi yaradılsın.

Müşavirədə rayonların icra hakimiyyətlərinə tikintisi və ya əsaslı təmiri aparılan qazanxanaların qış mövsümünədək istifadəyə verilməsinin təmin edilməsi, bütün qazanxanaların fasiləsiz fəaliyyət göstərmələri üçün elektrik enerjisi, təbii qaz və su təchizatı məsələlərinin araşdırılıb, nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb. Qeyd olunub ki, ictimai yaşayış binalarının zirzəmilərindən keçən istilik və su xətlərinin istismara yararlılığı araşdırılmalı, zəruri təmir işləri qısa müddətdə başa çatdırılmalı, bununla yanaşı, binaların dam örtüklərinin, giriş qapılarının və pəncərə şüşələrinin təmiri üçün müvafiq tədbirlər görülməlidir. Mənzil fondunda, kommunal infrastruktur obyektləri və şəbəkələrində baş verə biləcək qəza hallarının aradan qaldırılması üçün zəruri ehtiyatların yaradılması təmin edilməlidir. Noyabr ayının sonunadək Naxçıvan şəhərində yeni su və kanalizasiya sistemləri istismara verilməli, istifadəçilərlə müqavilələr bağlanmalıdır.

Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi payız-qış mövsümündə ixtisaslaşdırılmış nəqliyyat vasitələrini cəlb etməklə muxtar respublikaya müntəzəm olaraq yanacaq daşınmasını və zəruri ehtiyatların yaradılmasını təmin etməlidir. Bildirilib ki, muxtar respublikada aparılan tədbirlər nəticəsində əksər təhsil, səhiyyə, idman və mədəniyyət obyektləri istilik sistemi ilə təchiz edilib, lakin hələlik bəzi müəssisə və təşkilatların qızdırılmasında maye qaz və neft məhsullarından da istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə lazımi səviyyədə maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməlidir.

Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, Maliyyə Nazirliyi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə veriləcək yanacaq və qışa hazırlıqla bağlı tələb olunan digər avadanlıqların alınması üçün vəsaitin köçürülməsini təmin etməlidir. Nəqliyyat Nazirliyi ayrılmış marşrut avtobus və mikroavtobusların qrafikə uyğun hərəkətini və nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamalıdır. Marşrut və digər nəqliyyat vasitələrinin qarlı günlərdə rahat hərəkət etmələri üçün şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən mövcud texnikalar saz vəziyyətə gətirilməli, yollar vaxtında təmizlənməlidir. Avtomobil Yolları Dövlət Şirkəti tabeliyində olan maşın və mexanizmlər üçün ehtiyat hissələrinin alınmasını təmin etməli və qum tədarükünü diqqətdə saxlamalıdır. Naxçıvan Beynəlxalq Hava Limanı uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik - işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışını həyata keçirməlidir. Tələbata görə yanacaq və mal-material ehtiyatı yaradılmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır.

Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görməlidirlər. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aidiyyəti nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Səhiyyə Nazirliyi şəhər və rayon mərkəzlərində, o cümlədən qəsəbə və kəndlərdə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatını daha da gücləndirməlidir.

Qeyd olunub ki, hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar fəaliyyət göstərir. İqtisadiyyat və Sənaye Nazirliyi qış aylarında da əhalinin tələbatının keyfiyyətli məhsullar hesabına ödənilməsi üçün mövsüm ərzində istehsal olunmuş tələbatdan artıq yerli kənd təsərrüfatı məhsullarının soyuducu anbarlar tərəfindən alınmasını davam etdirməli və məhsulların spesifik xüsusiyyətləri nəzərə alınmaqla anbar şəraitində saxlanılması üçün tədbirlər görməlidir. Bununla yanaşı, mövcud istixanalardan səmərəli istifadəyə nəzarət artırılmalı, yeni istixanaların yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə bağçılıq, tərəvəzçilik, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması məqsədilə müvafiq dərman ehtiyatlarının, yem bazasının yaradılmasına, aqrotexniki və xəstəliklərə qarşı profilaktiki mübarizə tədbirlərinin vaxtında yerinə yetirilməsinə diqqəti artırmalıdır.

Ali Məclisin Sədri deyib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatını diqqət mərkəzində saxlamalı, qazanxana təsərrüfatı işçiləri üçün müvafiq kursların yaradılmasına nail olmalı, qış mövsümünədək tələb olunan işlərin həyata keçirilməsi üçün aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli rabitə xidməti göstərilməsi üçün lazımi mal-material ehtiyatı yaratmalıdır. Xətt təsərrüfatının etibarlılığının daha da yüksəldilməsi, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri aparılan zaman yeraltı rabitə qurğularının tikilməsi diqqətdə saxlanmalıdır.

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi tədbirlərini gücləndirməli, müəyyən olunmuş təhlükəsizlik normaları çərçivəsində elektrik enerjisi və təbii qazdan istifadə ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərini davam etdirməli, Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində müvafiq izahat işləri aparmalıdır. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların muxtar respublikaya gətirilməsinə və istismarına yol verməməli, bu barədə istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təminatını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri qeyd edib ki, qış mövsümündə muxtar respublika ərazisindəki hərbi hissələrdə daxili intizam qaydalarına, şəxsi heyətin ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, tədarük olunan məhsulların keyfiyyəti diqqət mərkəzində saxlanmalıdır. Sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı vaxtında başa çatdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini təmin etməli, payız mövsümündə yeni yaşıllıqların salınmasını davam etdirməlidir. Nazirlik qış aylarında muxtar respublikanın bitki və heyvanat aləminin qorunması üçün vaxtında müvafiq tədbirlər görməlidir. Aidiyyəti orqanlar ötən payız-qış mövsümündə yol verilən çatışmazlıqları ciddi təhlil etməklə həmin nöqsanların bir daha təkrarlanmaması üçün təsirli tədbirlər görməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti taxıl məhsullarına tələbatın ilboyu dolğun şəkildə ödənilməsi və qiymətlərin sabit saxlanılması məqsədilə tələbata uyğun taxılın muxtar respublikaya gətirilməsi üçün müvafiq tədbirlər görməli, Dövlət Taxıl Fondunda buğda ehtiyatının yaradılmasını təmin etməlidir. Nazirlər Kabineti tərəfindən istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsü təsdiq edilməli, zəruri yanacaq və avadanlıqların alınmasını təmin olunmalı, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının 20-dək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?