Naxçıvan şəhərində növbəti dezinfeksiya işləri aparılıb
Naxçıvan, 11 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Ticarət” MMC-də, Mərkəzi bazar, “Park” AVM-də, “Naxçıvan Avtovağzal Kompleksi” MMC-nin Ticarət Mərkəzində, Gənclik Ticarət Mərkəzində və insanların ən çox toplaşdığı digər yerlərdə dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupları və Baytarlıq İdarəsinin bir ədəd dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib. Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.