Naxçıvan şəhərinin Xətai məhəlləsində yollar abadlaşdırılır
Naxçıvan, 8 iyul, AZƏRTAC
Naxçıvan şəhərinin Xətai məhəlləsindəki torpaq yollara asfalt örtük salınır. Yol kənarlarına bordürlər düzülür, səkilərə daş döşənir, eyni zamanda, yeraltı xətlərlə evlərə yeni kommunikasiya xətləri çəkilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, asfaltlamadan əvvəl texnikalar vasitəsilə yol yatağının hamarlanması və bərkidilməsi işləri aparılır.
Ümumilikdə, ötən ay ərzində məhəllədaxili yolların 12 min 900 kvadratmetrlik hissəsində işlər başa çatdırılıb.