NAXÇIVAN VƏ İRAN VOLEYBOLÇULARI YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRMİŞLƏR
Naxçıvan, 11 iyul (AZƏRTAC). Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan ilə İran İslam Respublikasının Çaldıran şəhərinin voleybolçuları arasında yoldaşlıq görüşü keçirilmişdir.
Yarışdan əvvəl Naxçıvan MR Gənclər və İdman Nazirliyi Aparatının kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Malik Hacıyev ölkəmizdə, o cümlədən muxtar respublikada idmana göstərilən dövlət qayğısından danışmış, iki qonşu ölkə arasında idman sahəsində əməkdaşlığın səmərəli olduğunu qeyd etmişdir.
Maraqlı idman mübarizəsi şəraitində keçən yoldaşlıq görüşü çaldıranlıların qələbəsi ilə başa çatmışdır.
Qonaq komandaya xatirə hədiyyələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]