Naxçıvanda “Bir əsər-bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil olunub
Naxçıvan, 26 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bir əsər-bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edib. Bildirib ki, sərgi-satışda 32 naxçıvanlı rəssamın aplikasiya, viraj tipli, daş üzərində oyma, toxuma, tikmə və digər sənət növlərində hazırlanmış əsərlərindən ibarət 44 əl işi nümayiş etdirilir. Ülviyyə Həmzəyeva tədbirdə iştirak edən və öz dəstəyini göstərən təşkilatlara minnətdarlığını bildirib.
Qeyd edək ki, satışdan əldə olunan vəsait beyin şişindən əziyyət çəkən Babək rayon Payız kənd sakini, 10 yaşlı Təranə Allahverdiyevanın müalicəsinə sərf olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:36]
Qubada texniki təhlükəsizlik mövzusu müzakirə olunub
- 16.10.2026 [12:02]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:50]