Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda daha bir nəhəng layihə reallaşır

Naxçıvan, 14 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının elə bir şəhəri, rayonu, kəndi olmaz ki, quruculuq işlərindən bəhrələnməsin.

Təkcə 1995-2010-cu illərdə 393 inzibati binanın, mənzil-kommunal təsərrüfatı sahəsində 593 obyektin, 119 körpünün, rabitə və informasiya texnologiyaları sahəsində 260 obyektin, 45 məişət evi və ticarət mərkəzinin, 231 elm və təhsil, 272 mədəniyyət, 173 səhiyyə müəssisəsinin, 33 idman obyektinin, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 457 fərdi evin, 3394 istehsal, xidmət və digər bu kimi infrastruktur obyektlərinin istifadəyə verilməsi muxtar respublikada iqtisadi inkişafın təmin olunması ilə bərabər, inşaat sektorunun böyük bir sürətlə genişlənməsindən xəbər verir.

Sevindirici hal bundan ibarətdir ki, müstəqilliyimizin ilk illərində bu sektorda bütün məhsullara olan tələbat sadəcə idxal hesabına ödənilirdisə, bu gün yerli istehsal, daxili imkanlar hesabına ödənilir. Şübhəsiz, yerli inşaat materialları xaricdən gətirilən məhsullardan həm keyfiyyəti, həm də qiymətlərinin sərfəli olması ilə fərqlənir. İnşaat sektorunda yerli tikinti materiallarından istifadə edilməsi həm də xaricə valyuta axınının qarşısını alır, eyni zamanda məşğulluq məsələlərinin həllinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olur.

Yuxarıda da qeyd etdiyimiz kimi, tikinti-quruculuq tədbirlərinin geniş miqyas alması ilə inşaat materiallarına olan tələbat da ilbəil artmaqdadır. Dövlətimizin iqtisadi qüdrətinin artması və əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində nəinki dövlət və özəl sektorda, hətta fərdi yaşayış evlərinin tikintisində də böyük canlanma müşahidə olunmaqdadır. Təkcə bir fakta diqqət yetirək. Əgər 1989-cu ildə muxtar respublikada tikinti sektorunda bir ay ərzində orta hesabla 2176 ton betondan istifadə edilirdisə, indi bu qədər beton yalnız bir gün ərzində inşaat işlərinə sərf olunur. Öz-özlüyündə bu rəqəm inşaat sektorunun hansı miqyasda böyüdüyünün göstəricisidir.

Bu gün muxtar respublikanın tikinti sektorunda ən çox ehtiyac duyulan inşaat materiallarından biri də sementdir. İndiyədək bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. Bu da təbii ki, dövlət büdcəsindən külli miqdarda vəsaitin xaricə axmasına, nəqliyyat xərclərinin çoxalmasına, görülən işlərin qiymətinin artmasına və vaxt itkisinə səbəb olurdu. Ancaq “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra bu sahədə də böyük irəliləyişlər əldə edilmişdir.

Uğurla həyata keçməkdə olan bu proqramda nəzərdə tutulmuş tədbirlərin Naxçıvan Muxtar Respublikasında da icrasına inamla başlanması doğma diyarımızın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bölgələrdə kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.

Bundan əlavə, növbəti dövlət proqramının qəbul edilməsindən sonra muxtar respublikada regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq səviyyəsinin azaldılmasına nail olmaq və regionu iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək məqsədi ilə inamlı addımlar atılmışdır.

Proqramda digər sahələrlə yanaşı, yeni sənaye müəssisələrinin tikintisi, dağ-mədən sənaye müəssisələrinin bərpası və yeni müəssisələrin yaradılmasının dəstəklənməsi də nəzərdə tutulmuşdur. Bununla bağlı 2009-cu ildən etibarən Naxçıvan Muxtar Respublikasında da məqsədyönlü tədbirlərin həyata keçirilməsinə start verilmişdir.

Belə tədbirlərdən biri də Naxçıvan üçün böyük əhəmiyyətə malik olan sement zavodunun inşa edilməsinə başlanılması olmuşdur. Əvvəlcə zəngin yeraltı sərvətlərə malik olan muxtar respublika ərazisində “Gəmiqaya Holdinq” şirkətlər ittifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədi ilə qazıntı yolu ilə geoloji axtarış işləri aparılmış, yataqlarda gərəkli xammalın olduğu aşkar edildikdən sonra xammal tədarükü üçün əlaqədar orqanlardan müvafiq icazələr alınmış, kimyəvi və fiziki analizlər xarici dövlətlərdə - Türkiyənin Sement İstehsalçıları Birliyinin laboratoriyasında və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında əsaslı təhlil edilmişdir.

Laboratoriyalardan müsbət cavablar alındıqdan sonra isə Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə yeni sement zavodunun tikintisinə başlanılmışdır. Öz əhəmiyyətinə və çəkilən xərclərin miqyasına görə son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası “Gəmiqaya Holdinq” şirkətlər ittifaqı tərəfindən həyata keçirilir.

Bu gün artıq zavodun tikintisində işlər son mərhələdə davam etdirilir. Müəssisədə artıq sınaq məqsədi ilə sement istehsalına başlanılmışdır. Baş mühəndis Nihal Allahverdiyev söhbət zamanı bildirdi ki, Çin və Türkiyə istehsalı olan avadanlıqların quraşdırıldığı ağır sənaye müəssisəsində 18 əsas istehsal bölməsi mövcuddur. Bu günədək zavodda 5000 ton sement istehsal olunaraq sınaqdan keçirilmişdir. Onu da qeyd edək ki, zavodda bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Məsələn, əsas xammal olan əhəngdaşı Çalxanqala kəndi yaxınlığındakı yataqlardan çıxarılır.

Zavodda müasir quru üsulla sement istehsal olunur. Xatırladaq ki, region ölkələrində bu üsulla sement istehsal edən çox az müəssisə mövcuddur. Quru üsulla sement istehsalı zavodun yanacaq sərfini minimuma endirmişdir. İstehsal edilən sementin keyfiyyəti muxtar respublikaya idxal olunan eyniadlı məhsullardan daha yüksək, qiymətləri isə daha ucuz olacaqdır. Bu da yerli inşaat sektorunun tələbatını tam şəkildə ödəməklə yanaşı, ixrac üçün də geniş imkanlar yaradacaq, yeni məhsul regionun sement bazarında əhəmiyyətli yer tutacaqdır.

Hazırda daxili bazara “Naxçıvan Sement” markası ilə çıxarılan sementin gələcəkdə CEM I/42,5N keyfiyyətlə istehsalı nəzərdə tutulur. Bu zavodun sınaq müddətində də olsa işə düşməsi və istehsala başlaması əhalinin məşğulluq probleminin həllinə də öz müsbət təsirini göstərmişdir. Tikintisinə 350 inşaatçının cəlb edildiyi və hazırda 170 işçinin çalışdığı zavod tam gücü ilə işə düşdükdən sonra burada 240 nəfər işlə təmin olunacaqdır. Xammal mənbələrində isə 100-150 nəfər daimi işlə təmin olunacaq, yüzlərlə insan çalışmaq, gün-güzəranını daha da yaxşılaşdırmaq imkanı əldə edəcəkdir.

Burada olarkən onu da öyrəndik ki, zavodda gündəlik 800-1000 ton klinker və 1000-1200 ton sement istehsal ediləcəkdir. Ümumilikdə, istehsaldan satışa qədər, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələri bu layihədən bəhrələnəcəkdir.

Bu müəssisənin əsas hədəfi gələcəkdə sementin müxtəlif növlərinin də yüksək keyfiyyətlə istehsal olunması, yerli və beynəlxalq keyfiyyət sertifikatlarının alınmasıdır. Zavodda istehsal xəttinə daxil olan xammal, köməkçi xammallar, qatqı maddələrinin, istehsal olunan klinker və sementin fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir tələblərə uyğun olaraq tikilmiş və hər cür avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılacaqdır.

Bu analizlərin nəticəsi həm istehlakçıya çatdırılacaq, həm də zavodun arxivində saxlanılacaqdır. Əlavə olaraq istehsalat xəttində mexaniki hissələrdəki nasazlıqların aradan qaldırılması, sıradan çıxan hissələrin yenidən emal olunması üçün metal dəzgahlar emalatxanası yaradılmışdır. Bu emalatxanada üçnövbəli iş rejimində işləyəcək zavodun istehsal xətlərində ortaya çıxan nasazlıqların tez bir zamanda aradan qaldırılması, sıradan çıxmış hissələrin təmiri üçün dəzgahlar və ehtiyat hissələri anbarı tikilmişdir.

Zavodun ətraf mühitə mənfi təsirini minimum səviyyəyə endirilməsi üçün də bütün vacib tədbirlər həyata keçirilmişdir. Bunun üçün külli miqdarda vəsait sərf olunmuş və Avropa standartlarına uyğun avadanlıqlar quraşdırılmışdır.

İndiyədək görülən işlər onu deməyə əsas verir ki, bu layihə qabaqcıl, ətraf mühiti daha az çirkləndirici və az enerji sərf edən istehsal prosesinin tətbiqinin uğurlu nəticəsini nümayiş etdirməklə, regiona mühüm ekoloji üstünlüklər gətirəcəkdir. Belə ki, istehsalat xəttində qırma, üyütmə və nəql kimi fiziki proseslərin, bişirməyə hazırlıq üçün ilkin isitmə, ilkin kalsinasiya və yekun bişirmə kimi kimyəvi proseslərin nəticəsində ortaya çıxan toz istehsal xəttində quraşdırılan 22 fərqli texniki xüsusiyyətdə olan toz tullantısı xüsusi tutucularla geri qaytarılır. Ümumiyyətlə, avadanlıqlar 2 ədəd elektrostatik çökdürmə vasitəsilə işləyən toztutucudan və 20 ədəd hava təzyiqi ilə işləyən toztutucudan ibarətdir. Bundan başqa, zavodun ətrafındakı ərazilərdə böyük miqyaslı yaşıllaşdırma tədbirləri də həyata keçirilmişdir. Bu məqsədlə 12 hektarlıq əraziyə 10 min ağac əkilmiş, abadlaşdırma işləri aparılmışdır.

Müəssisədə ərazinin mühafizəsi, texniki təhlükəsizlik, əmək və yanğından mühafizə qaydalarına da ciddi əməl olunur, insan amilinə xüsusi diqqət yetirilir. Zavodda işçilərin əksəriyyəti gənclərdir. Buna görə də zavod onlar üçün praktiki peşə təhsili məktəbi rolunu oynayır. Onlara təcrübəli mütəxəssislər tərəfindən istehsal prosesi haqqında ətraflı məlumat verilir, gələcəkdə müstəqil olaraq işləmələri üçün hərtərəfli köməkliklər göstərilir. Əlavə olaraq onlarla texniki təhlükəsizlik, yanğından mühafizə barədə də maarifləndirmə tədbirləri

aparılır.

Bir sözlə, bu gün regionumuzda son on beş ilin möhtəşəm inkişaf strategiyasının nəticəsi olan daha bir nəhəng layihə reallaşmaqdadır. İnanırıq ki, belə layihələrin sayı ilbəil artacaq, onlar muxtar respublikanın daha da çiçəklənməsinə xidmət edəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO