Naxçıvanda idmançılar muzeyləri ziyarət ediblər
Naxçıvan, 23 mart, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları və məşqçi müəllimlərinin bir sıra muzeylərə ekskursiyası təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Kinq-boksinq Federasiyasının idmançıları Cəmşid Naxçıvanskinin ev-muzeyində, Hava və Ekstremal İdman Növləri Federasiyasının kollektivi Hüseyn Cavidin ev-muzeyində olublar.
Bəhruz Kəngərli muzeyində olan Paralimpiya Federasiyasının kollektivi böyük rəssamın rəsm əsərləri ilə yaxından tanış olublar.
Atıcılıq Federasiyasının kollektivinə Xatirə muzeyində məlumat verilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar saxlanılır.