NAXÇIVANDA İŞSİZLİK PROBLEMİ HƏLL OLUNUR
Dövlət Statistika Komitəsinin məlumatına görə, son iki ildə yeni müəssisələrin yaradılması, fəaliyyəti dayandırılmış obyektlərin yenidən işə salınması, müasir texnologiyaların tətbiqi nəticəsində muxtar respublikada 16 min 768 yeni iş yeri yaradılmışdır. Bunun 6801-i yeni açılmış, 614-ü fəaliyyəti bərpa olunmuş müəssisələrin, 2438-i mövcud müəssisə və təşkilatların payına düşür, 6908 iş yeri isə həyata keçirilən digər tədbirlər sayəsində yaradılmışdır.