Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Konstitusiya: hüquqi və demokratik islahatların mənbəyi, suverenliyin hüquqi əsası” mövzusunda konfrans keçirilib

Naxçıvan, 28 may, AZƏRTAC

Mayın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya: hüquqi və demokratik islahatların mənbəyi, suverenliyin hüquqi əsası” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilərə Ümummilli Liderin irsinin dəyərli nümunələrindən ibarət eksponatlar barədə ətraflı məlumat verilib.

Heydər Əliyev Sarayında açılan rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub. Bütöv Azərbaycan xəritəsinin əks olunduğu xalça, Ümummilli Liderimizin portretləri, tarix və mədəniyyətimizə dair digər əsərlər maraq doğurub.

Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra müstəqil Azərbaycan Respublikası Konstitusiyasının tarixinə həsr olunmuş videoçarx təqdim edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransda çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Proqram çərçivəsində qarşıya qoyulan prioritetlərdən biri olan institusional islahatların aparılması nəticəsində muxtar respublikanın dövlət orqanları ilə Azərbaycan Respublikasının dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi, inteqrasiyanın aparılmasına nail olunub. Bununla yanaşı, proqramda nəqliyyat-logistika infrastrukturunun yenilənməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal idarəetmənin tətbiqi, enerji səmərəliliyinin artırılması və əhalinin rifahının yüksəldilməsi də prioritetlər kimi müəyyən edilib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli qərarları ilə vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası istiqamətində sistemli və ədalətli tədbirlər həyata keçirilir. Uzun illər ərzində müxtəlif səbəblərdən mülkiyyət hüquqları pozulmuş minlərlə vətəndaşımızın hüquqları məhkəmə və inzibati qaydada bərpa olunur, kompensasiyalar ödənilir, qanunsuz zəbt olunmuş əmlaklar qaytarılır. Muxtar respublikada artıq 642 nəfərin hüququ bərpa olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu addımlar bir daha göstərir ki, Konstitusiyada təsbit edilmiş mülkiyyət toxunulmazlığı prinsipi dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və hər bir vətəndaşın hüququ qorunur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında vurğulayıb ki, Naxçıvan tarixin hər bir dövründə Azərbaycanın ictimai-siyasi həyatında öz çəkisi ilə xüsusi olaraq seçilib. Naxçıvan Azərbaycan dövlətçiliyinin formalaşmasında, 1990-cı illərdə xalqımızın yenidən istiqlala qovuşmasında əvəzsiz xidmətlər göstərib. 1990-1993-cü illərdə Naxçıvanda siyasi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev dövlətimizin həqiqi müstəqilliyinin bünövrəsini məhz burada qoyub. Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər, atdığı addımlar 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynadı. Dərin zəkaya malik olan böyük ictimai-siyasi xadim bilirdi ki, Azərbaycanın daimi müstəqilliyinin təminatı üçün yeni ruhda yazılan və azad xalq tərəfindən qəbul edilən müasir Konstitusiyaya ehtiyac var. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin şah əsəri – Azərbaycan tarixində müstəqil respublikanın ilk Konstitusiyası ümumxalq səsvermə yolu ilə qəbul edildi. Konstitusionalizm quruculuğunda növbəti mərhələ isə 1998-ci il iyulun 14-də Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması oldu.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılmasını olduqca mühüm addım kimi dəyərləndirən Fərhad Abdullayev qeyd edib ki, bu islahat bölgədə idarəetmə üsulunun səmərəliliyinin daha da artırılmasına, həmçinin iqtisadiyyatın inkişafına öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi ilə yanaşı, dövlət suverenliyimizin tam bərpasının və ərazi bütövlüyümüzün təmin olunmasının real nəticələrini yaşadığımız dövrdür. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi təsadüfi deyil. Bu qərar müstəqil dövlətçilik tariximizin mühüm dövrlərini əhatə etməklə yanaşı, həm də gələcəyə hesablanmış strateji bir çağırışdır.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri,akademik İsmayıl Hacıyevin də çıxışı dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Həmin gün tədbir iştirakçıları Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksi ilə tanış olublar. Tanışlıq zamanı ərazidəki XII əsr abidəsi, Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi haqqında məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirən Möminə xatun türbəsi orijinal quruluşu əsasında bərpa olunacaq.

Həmçinin iştirakçılar Ümummilli Lider Heydər Əliyevin “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksindəki büstünü də ziyarət ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır