Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda qadınların əl işlərindən ibarət sərgi təşkil olunub

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda sərgi təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublika qadınları dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər. Xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara da xüsusi diqqət göstərilir. Gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sairə peşə kursları təşkil olunur. 2012-ci ildə “Milli dəyərlər ili” ilə əlaqədar 71 istedadlı qadının 428, 2014-cü ildə “Muxtariyyət ili” ilə əlaqədar 157 istedadlı qadının 343 rəsm və əl işi sərgi-satışlara çıxarılıb. Həmçinin 2014-cü ildə və bu ilin ötən dövründə 150-dən artıq istedadlı qadının 392 rəsm və əl işinin satışı təşkil olunub. Bu gün qadınların əl işlərindən ibarət növbəti sərginin keçirilməsi də qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi, Naxçıvanın qədim tarixini və müasir inkişafını ilmələrə, tablolara köçürməklə qorumaq və yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Ramilə Seyidova göstərilən diqqət və qayğıya görə muxtar respublika qadınları adından minnətdarlıq edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, yaradılan şəraitin nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artıb, onların əl işlərindən ibarət sərgilərin təşkili ənənə halını alıb. Bu gün Naxçıvan Rəssamlar Birliyinin üzvü olan qadın rəssamlar yaradıcılıq emalatxanaları ilə təmin olunub, onlardan 2-si “Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı” fəxri adına layiq görülüb. Bugünkü sərgidə nümayiş etdirilən rəsm əsərlərinin müəllifləri sırasında Naxçıvan Rəssamlar Birliyinin üzvü olan qadınlar da vardır. Qadın rəssamlar yaradılan şəraitdən bəhrələnərək bundan sonra da öz əsərlərində Naxçıvanın qədim tarixini və müasir inkişafını tərənnüm edəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgidə iştirak edən qadınları təbrik edib, təşkilatçılara təşəkkürünü bildirərək deyib: “Muxtar respublika qadınları müstəqillik illərində” sərgisinin milli dəyərlərimizə həsr olunması onun əhəmiyyətini daha da artırır. Hər bir xalqın milli dəyəri onun milli kimlik pasportudur. Ona görə də milli dəyərlərin qorunub-saxlanılması və yaşadılması vacib məsələdir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Qadınların əl işlərindən ibarət sərginin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Ali Məclisin Sədri deyib: Milli dəyərlər min illər ərzində yaradılır və nəsildən-nəslə ötürülərək yaşadılır. Milli dəyərlərin əsas yaradıcıları və yaşadanlar isə qadınlardır. Ölkədə sabitlik varsa, ailə dəyərləri qorunursa, qadınlar cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlarsa, o zaman milli dəyərlər də yaşayacaqdır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən hadisələr digər sahələrlə yanaşı, milli dəyərlərin də qorunub-yaşadılmasına imkan vermirdi. Bu sahə ilə məşğul olan qadınlara lazımi qayğı göstərilmirdi. Lakin bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Bu gün qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşdırılan milli dəyərlərimiz yaşadılır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən muxtar respublikada xalq yaradıcılığı günləri keçirilir. Xalq yaradıcılığı günlərinin keçirilməsində əsas məqsəd milli dəyərlərimizi yaşatmaqdan ibarətdir. Çünki milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə milli dəyərlərinə istinad etməlidir. Milli dəyəri olmayan xalqın keçmişi olmadığı kimi, gələcəyi də yoxdur. Gələcək keçmiş üzərində qurulur. Bu gün milli dəyərlərimizin yaşadılması da keçmişimizə hörmət və gələcəyimizə qayğı kimi mühüm bir məqsədə xidmət edir.

Ali Məclisin Sədri deyib: Milli dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdirilməlidir. Aid dövlət təşkilatları yaradılan şəraitdən istifadə edərək fəaliyyətlərini gücləndirməli, milli dəyərlərin əsas daşıyıcıları olan qadınlar bu işdə yaxından iştirak etməlidirlər. Hər bir kəndə, rayona xas olan milli dəyərlər muxtar respublikanın, muxtar respublikada toplanan milli dəyərlər isə ümumilikdə Azərbaycan xalqının milli dəyərlər sisteminə daxildir. Ona görə də bu cür sərgilər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunmalı, istedadlı qadınların fəaliyyətinə dəstək verilməlidir.

Ali Məclisin Sədri milli dəyərlərimizin yaşadılmasında qadınlara uğurlar arzulayıb, sərgi ilə tanış olub.

Məlumat verilib ki, bu gün muxtar respublika qadınları xalqımıza xas adət-ənənələrin, qədim el sənətinin qorunub saxlanmasına və təbliğinə öz layiqli töhfələrini verirlər. Bunun nəticəsidir ki, sərgidə muxtar respublikada yaşayan 126 istedadlı qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 753 yaradıcılıq nümunəsi nümayiş olunur. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri, mis üzərində döymə və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

Naxçıvan xalçaçılıq məktəbinin qədim tarixi vardır. Bu torpaqda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılıb. Bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Gənc qızlar tərəfindən toxunan xalçalar, hazırlanan tikmə və toxuma işləri milli dəyərlərimizi nümayiş etdirən nümunələr sırasında diqqəti cəlb edir. Sərgidə nümayiş etdirilən xalçaların üzərində milli ornamentlərin, xüsusilə də Naxçıvan abidələrinin əks olunması isə böyük maraq doğurub.

Muxtar respublikada rəssamlıq fəaliyyətinin dəstəklənməsi, yaradıcılıq emalatxanalarının istifadəyə verilməsi, rəsm əsərlərinin sərgilərinin təşkil olunması qadınların bu sahəyə marağını artırıb. Sərgidə rəssamlıq istedadı olan qadınların müxtəlif mövzu və janrlarda qələm, yağlı və sulu boya ilə işlənmiş maraqlı rəsm əsərləri, rəngkarlıq nümunələri nümayiş etdirilirdi. Dəri üzərində qabartma üsulu ilə hazırlanmış tətbiqi sənət əsərləri işlənmə texnikası və orijinal görünüşü ilə qadınların yüksək bədii-estetik zövqünü təcəssüm etdirir.

Xalqımıza xas milli ornamentlərin daşıyıcısı olan geyimlərin yaşadılmasına Naxçıvanda xüsusi diqqət yetirilir. Muxtar respublikada tarixən ipək və yundan müxtəlif naxışlı zərif geyimlər, baş örtükləri hazırlanaraq məişətdə geniş istifadə edilib. Bu sahə ilə məşğul olan qadınların ərsəyə gətirdiyi qədim geyim nümunələri sərgidə xüsusi yer tuturdu.

Ali Məclisin Sədri sərginin xalqımızın qədim adət-ənənələrini, milli dəyərlərini əks etdirdiyini bildirib, sərgilərin təşkilinin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb, istedadlı qadınlara texniki köməkliyin göstərilməsi, onların iştirakı ilə müvafiq yaradıcılıq dərnəklərinin açılması barədə tapşırıqlar verib.

Sərgi 10 gün davam edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?