Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda sahibkarlarla görüş keçirilib

Naxçıvan, 9 fevral, AZƏRTAC

Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, həyata keçirilən tədbirlər muxtar respublikanın iqtisadi potensialın artmasına, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına şərait yaradıb. Ümumi daxili məhsulun həcmi artaraq 2017-ci ildə 2 milyard 701 milyon 663 min manat təşkil edib. Sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb, muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektləri fəaliyyətə başlayıb. Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilib. Rayon və kənd yerlərində kiçik həcmli təsərrüfatların yaradılması və fəaliyyətinin təşviqi tədbirləri ötən müddətdə də davam etdirilib, fərdi müəssisə və təsərrüfatların sayı 714-ə çatdırılıb. Əhalinin ərzaq təminatında ailə təsərrüfatlarının mühüm rolu nəzərə alınaraq 2017-ci ildə muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib, ailə təsərrüfatı məhsulları üçün taraların satışı mağazası istifadəyə verilib, 386 ailə təsərrüfatından 234 min manat dəyərində məhsullar satın alınıb və 13 təsərrüfata 243 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. 2017-ci ildə sahibkarlara 10 milyon manatdan çox kreditlər verilib, ölkə daxilində və xaricdə kеçirilən 33 tədbirdə 150 sahibkarın iştirakı təmin olunub. Famil Seyidov özəl bölmənin inkişafı üçün yaradılan şəraitə görə muxtar respublika sahibkarları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev bildirib ki, aqrar sektorda həyata keçirilən islahatlar muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində 2017-ci ildə muxtar respublika üzrə 61 min 531 hektar sahədə əkin aparılıb, sahələrdən 93 min 419 ton taxıl, 6697 ton paxlalılar, 12 min 573 ton dən üçün qarğıdalı, 750 ton dən üçün günəbaxan, 48 min 982 ton kartof, 84 min 723 ton tərəvəz, 38 min 349 ton bostan, 53 min tondan artıq meyvə, 15906 ton üzüm toplanıb. Muxtar respublikada suvarma sistemlərinin yeniləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində son illər Culfa, Babək və Kəngərli rayonlarında ümumilikdə 3000 hektar sahədə qapalı suvarma şəbəkələri tikilərək istifadəyə verilib. Sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı məqsədilə ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2054 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1752-si lizinq və ya nağd satış yolu ilə sahibkarlara verilib. Hazırda muxtar respublikada 23 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Aparılan məqsədyönlü işlər nəticəsində muxtar respublikada iribuynuzlu malların sayı 112 min 371 başa, xırdabuynuzlu heyvanların sayı 681 min 903 başa, quşların sayı 1 milyon 277 min 741 başa, arı ailələrinin sayı isə 71 min 66-ya çatdırılıb. Hazırda muxtar respublikada 3 ət, 13 süd, 1 gön-dəri emalı, 1 balıq konservi, 1 yem istehsalı müəssisəsi və 3 yem sexi fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov qeyd edib ki, muxtar respublikada sahibkarlığın inkişafı sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq müasir istehsal və emal müəssisələri istifadəyə verilib, qabaqcıl texnologiyaların muxtar respublikaya gətirilməsi və tətbiqinə şərait yaradılıb. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılan şəraitdən istifadə edərək fəaliyyətini genişləndirib. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı ticarət-kommersiya fəaliyyəti, ərzaq və qeyri-ərzaq məhsulları istehsalı, sənaye və xidmət sahələri üzrə fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac olunur. 2017-ci ildə şirkətin dam örtükləri və istilik panelləri zavodu və tütün yetişdirmə təsərrüfatı fəaliyyətə başlayıb, 210 yеni iş yеri açılıb. Bu il isə şirkət tərəfindən aylıq istehsal gücü 1500 ton olan avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı sahəsinin yaradılması nəzərdə tutulur.

Şərur rayonunun Çərçiboğan kəndində yaradılan istixana kompleksinin sahibkarı Abdulla Adıgözəlov çıxış edərək deyib: Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyindən bəhrələnərək 2013-cü ildən müasir istixana kompleksinin yaradılması sahəsində fəaliyyətə başlamışıq. İllik istehsal gücü 100 tondan çox olan istixanada müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Bu il istixana kompleksini daha da genişləndirməyi nəzərdə tutmuşuq. Təsərrüfatımızda istixana kompleksi ilə yanaşı 7,5 hektar ərazidə yeni ərik, gavalı, heyva və üzüm bağı salmışıq. Cari ildə 2,5 hektar ərazidə yerli sortlardan ibarət şaftalı bağının salınmasını təmin edərək bağçılıq təsərrüfatımızı 10 hektara çatdıracağıq. Artıq zəhmətimizin bəhrəsini görürük. Ötən il təsərrüfatımızdan 20 ton meyvə, 100 ton tərəvəz məhsulu toplamış və satışını həyata keçirmişik. Əsas məqsədimiz əhalinin tərəvəz məhsullarına olan tələbatını ödəmək və ixrac imkanlarımızı artırmaqdır. Abdulla Adıgözəlov yaradılan şəraitə görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının yaranmasının 94-cü ildönümünün tamam olduğunu bildirib, bu münasibətlə tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini təbrik edib, sosial-iqtisadi inkişafda əməyi olanlara təşəkkürünü bildirərək deyib: Müasir dövrdə hər bir ölkənin sosial-iqtisadi inkişafı onun malik olduğu sahibkarlıq subyektlərinin fəaliyyəti, onlar üçün yaradılan şəraitlə ölçülür. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.

Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait, əlverişli biznes və investisiya mühiti yaradılıb. Vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına böyük təkan verib. Muxtar respublikada dövlət-sahibkar münasibətlərinin düzgün qurulmasının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 89 faizə çatıb. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulunun hamısı, sənaye məhsulunun 95 faizi, tikintidə görülmüş işlərin 79 faizi, nəqliyyat xidmətlərinin 78 faizi, rabitə xidmətlərinin 83 faizə qədəri, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl sektorun payına düşür. Yaradılan şəraitin nəticəsidir ki, ərzaq təhlükəsizliyi tam təmin edilib, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxt vardı ki, Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu. Bu gün 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş, ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisələri fəaliyyət göstərir. Məşğul əhalinin 83 faizi özəl sektorda çalışır.

Qeyd olunub ki, sahibkarlarımız aqrar sahənin inkişafına da öz töhfələrini verirlər. Torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi öz nəticəsini göstərib, məhsul bolluğu yaranıb. Bu gün xidmət sahəsində də sahibkarlıq fəaliyyəti mühüm rol oynayır. Xidmət sektorunun inkişafı öz növbəsində turizmin inkişafına təsir göstərib, müasir turizm sektorunun formalaşması hesabına isə muxtar respublikaya gələn turistlərin sayı artıb.

Şübhəsiz ki, davamlı maliyyə dəstəyi olmadan sahibkarlıq sahələri inkişaf edə bilməz. Muxtar respublikada kreditlər üzrə aşağı faiz dərəcələrinin tətbiq olunması hesabına sahibkarların fəaliyyət dairəsi genişlənib. Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsi də yeni fəaliyyətə başlayan sahibkarlıq müəssisələri üçün geniş imkanlar açıb. Muxtar respublikada idxaldan asılılığın aradan qaldırılması sahəsində görülən tədbirlər öz faydasını verməkdədir. Bu sahədə əhəmiyyətli addımlardan biri də ixracın təşviqi ilə bağlı qəbul olunmuş qərarlardır. Bunun nəticəsidir ki, ixracyönümlü məhsul istehsalı getdikcə artır. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artması səbəbindən artıq 9 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.

Ali Məclisin Sədri diqqətə çatdırıb ki, sahibkarlığın inkişafında yerli məhsulların istehsalı qədər onların satışının təşkili də mühüm əhəmiyyətə malikdir. Bu gün muxtar respublikada ən müasir tələblərə cavab verən iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarkaların və festivalların təşkili, satış yerlərində yerli məhsullara üstünlük verilməsi məhsul istehsalçılarının marağını artırıb. Son dövrlərin təhlilləri göstərir ki, tarladan birbaşa satışa prinsipinin dəstəklənməsi ailə təsərrüfatlarının inkişafına və artmasına əhəmiyyətli təsir göstərib. Bütövlükdə, sahibkarlığın inkişafının dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını artırıb. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxıb.

Ali Məclisin Sədri deyib: Bu gün əsas məqsəd ondan ibarətdir ki, sahibkarlıq mühiti daha da genişlənsin. Daxili bazarda yerli məhsullar hesabına bolluq yaradılsın. Yeni iş yerləri açılsın, məşğulluq təmin edilsin. Muxtar respublikanın ixrac imkanları artsın. Bunun üçün İqtisadiyyat Nazirliyi bundan sonra da kiçik və orta sahibkarlığın, eləcə də ailə təsərrüfatlarının inkişafına diqqəti artırmalı, birinci növbədə, bu sahələrin güzəştli kreditlərlə təminatı diqqətdə saxlanılmalıdır. Qardaş Türkiyə Respublikası məhsul ixracında muxtar respublikaya sərbəst ticarət imkanı vermişdir. Bununla bağlı İqtisadiyyat Nazirliyi Türkiyənin müvafiq idxal qurumları ilə əlaqələr yaradaraq onların muxtar respublikadakı iş adamları ilə görüşlərini təşkil etməli, yerli məhsulların ixracında qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görməlidir. Daxili bazarın qorunması da diqqətdə saxlanılmalıdır. Dövlət Gömrük Komitəsi sağlam rəqabət mühiti formalaşdırmaq məqsədilə idxal-ixrac əməliyyatlarının müxtəlif tarif metodlarından istifadə əsasında tənzimlənməsini bundan sonra da davam etdirməli, Vergilər Nazirliyi sahibkarlıq subyektlərində əsassız yoxlamalara yol verməməlidir.

Qeyd olunub ki, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına ciddi əməl edilməlidir. Sahibkarlar istehsal prosesində ən müasir texnologiyaların tətbiqinə və keyfiyyətli xammaldan istifadəyə xüsusi diqqət yetirməlidirlər. Yerli icra hakimiyyəti orqanları ailə təsərrüfatlarına dəstək olmalı, ailə təsərrüfatları isə istehsal etdikləri məhsulların növ və çeşidini artırmalı, məhsulların keyfiyyətinə və standartlara uyğun qablaşdırılmasına diqqət yetirməlidirlər.

Ali Məclisin Sədri muxtar respublikanın inkişafında sahibkarların əməyinin, çəkdikləri zəhmətin təqdirəlayiq olduğunu bildirib, buna görə sahibkarlara bir daha təşəkkür edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Sahibkarların uğurlu işi bizim hamımızın uğurudur. Azərbaycanın inkişafı bu istiqamətdədir, bu yoldadır”.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər plastik boru, profil və aksesuarları, heyvandarlıq məhsulları, arıçılıq məhsulları istehsalı və meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sahələrinin yaradılmasına, eləcə də istixana təsərrüfatının fəaliyyətinin genişləndirilməsinə sərf olunacaqdır.

Tədbirdə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunub.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.

Qeyd olunub ki, sərgi salonunda 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Muxtar respublikada istehsal olunan məhsulların çeşidinin və keyfiyyətinin artması onların xarici bazarlara çıxış imkanlarını xeyli genişləndirir. Bildirilib ki, Naxçıvan Avtomobil Zavodunda 14 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Bu il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri yaradılacaqdır.

Ali Məclisin Sədri yerli məhsulların istehsal prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, Naxçıvan məhsullarının xarici bazarlara çıxışı imkanlarının və ixrac potensialının artırılması, məhsulların qablaşdırılmasına və tara istehsalı sahələrinin yaradılmasına diqqət yetirilməsi, sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan-5028” modelinin əsasında təcili tibbi yardım avtomobillərinin yığılması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub