Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Silahlı Qüvvələr Günü qeyd olunub

Şahbuz şəhərində xidməti yaşayış binasının və qüsursuz xidmət edən hərbçilərə mənzillərin təqdimatı olub

Şahbuz, 25 iyun, AZƏRTAC

İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib, 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçiyə mənzillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə tədbirə hazırlıq barədə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlayıb, 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Güclü ordu dövlətçiliyin dayağı, xalqın təhlükəsizliyinin və ölkənin ərazi bütövlüyünün təminatıdır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq deyirdi ki, “Ordu yaratmaq, onu torpaqlarımızı müdafiə edə bilən qüdrətli orduya çevirmək bizim müqəddəs borcumuzdur”. Ulu Öndər Sovetlər Birliyi dövründə hərbi kadr hazırlığının, 1990-1993-cü illərdə Naxçıvanda ilk milli ordu qurumunun və sərhəd dəstəsinin əsasını qoymaqla, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmaqla bu müqəddəs vəzifəyə nail olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz qorunub saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev də Ulu Öndərin yolunu uğurla davam etdirərək ordumuzun qüdrətini daha da artırmış, torpaqlarımız işğaldan azad edilmiş, böyük tarixi Qələbə qazanılmışdır.

Ali Məclisin Sədri deyib: Ümummilli Liderin ordu quruculuğu strategiyasının bəhrəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi təmin edilmişdir. Müstəqillik illərində muxtar respublikada motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Ordusuna, sərhəd dəstəsindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına qədər böyük yol keçilmiş, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılmış, Silahlı Qüvvələrin bütün qoşun növləri üzrə xidməti döyüş fəaliyyəti günün tələblərinə uyğun qurulmuşdur. Bununla yanaşı, muxtar respublikada hərbi infrastruktur da müasirləşdirilmiş, 300-dən artıq hərbi təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sözsüz ki, bu illər ərzində ordu quruculuğu sahəsində qazanılmış ən böyük nailiyyət hərbi qulluqçuların döyüş hazırlığının artırılması, qarşıya qoyulan vəzifə və tapşırıqları yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirən şəxsi heyətin formalaşdırılması olmuşdur. Vətən müharibəsində Naxçıvandan olan hərbçilərin göstərdikləri hərbi şücaət bunu bir daha təsdiq etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

“Naxçıvanda hərbçi ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da ordu quruculuğu tədbirləri sırasında xüsusi yer tutur”, - deyən Ali Məclisin Sədri bildirib ki, hər il yeni yaşayış kompleksləri tikilir, 20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin olunurlar. İstifadəyə verilən yeni xidməti yaşayış binası da bu sahədə görülən işlərin davamıdır. Bu gün qalib ölkə kimi Silahlı Qüvvələr Gününü qeyd edirik. Bunun bir səbəbi qüdrətli ordu və güclü iqtisadiyyata malik olmağımızdırsa, ən başlıca səbəb isə ölkə Prezidenti tərəfindən ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsidir.

Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev yeni xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə şəxsi heyət adından minnətdarlıq edərək deyib ki, bu gün ölkəmizdə bütün sahələrlə yanaşı, ordu quruculuğuna da xüsusi diqqət yetirilir. Şəxsi heyətin döyüş hazırlığı artırılır, xidmət və yaşayış şəraiti yaxşılaşdırılır. İstifadəyə verilən yeni yaşayış binasında da zabit-gizir ailələri üçün hərtərəfli şərait yaradılıb. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində muxtar respublikada yüksək dağ şəraitində yerləşən hissə və bölmələrdə də xidmət şəraiti yüksəldilib. Artıq ən çətin dağlıq mövqelərdə belə, hərbi qulluqçular üçün hərtərəfli məişət şəraiti yaradılıb. Şəxsi heyət göstərilən diqqət və qayğının, yaradılan şəraitin müqabilində bundan sonra da nümunəvi xidmət edərək etimadı doğruldacaqdır.

Hərbçi ailələri adından minnətdarlıq edən Səlimə İbrahimova deyib: “Uzun illər Naxçıvanda xidmət edən hərbçi ailəsi olaraq biz Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanın necə çətin şəraitdən bugünkü günə gəlməsinin şahidi olmuşuq. Hərbi qulluqçuların, onların ailələrinin sosial-məişət problemləri daim diqqətdə saxlanılır. Görülən işlərin davamı kimi, bu gün tam təchizatlı, yüksək yaşayış şəraiti olan mənzillər istifadəmizə verilir”.

Sonra 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçi mənzillə təmin olunur.

Ali Məclisin Sədri polkovnik Yusif Axundova, ehtiyatda olan polkovnik-leytenant Fərman Rəhimova, polkovnik-leytenant Hikmət Gəncəliyevə, baş gizir Əkrəm Məmmədova, gizir Rauf Bağırova, istefada olan baş gizir Şahlar Kazımova və gizir Fərad Məmmədova mənzillərin orderlərini təqdim edib.

Hərbçilərə təqdim olunmuş təmirli mənzillər Naxçıvan, Şərur, Babək və Şahbuz şəhərlərində yerləşir.

Sonra Ali Məclisin Sədri hərbçi uşaqlarına hədiyyələr verib, binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, 44 mənzilli yaşayış binası 6 mərtəbədən və 3 girişdən ibarətdir. İki, üç və dördotaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılıb, fərdi istilik sistemi qurulub. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə tam təmin olunub. Binada hərbçi ailələrinin rahatlığı nəzərə alınıb, birinci mərtəbədə mağaza, ərzaq anbarları, kiçik və böyük tədbir zalları, yeməkxana, qarderob, gözəllik salonu və digər xidmət sahələri istifadəyə verilib. Binanın həyətində uşaq oyun meydançası yaradılıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, istirahət köşkü istifadəyə verilib, oturacaqlar qoyulub. Həmçinin bildirilib ki, hərbi hissədə abadlıq və quruculuq işləri davam etdirilir, əsgər yataqxanaları əsaslı təmir olunur, silah və texnikaların saxlanc imkanları artırılır.

Bina ilə tanışlıqdan sonra hərbçi ailələri ilə görüşən Ali Məclisin Sədri deyib: Yaşayış binasında ailələrin rahat yaşayışı üçün lazım olan hər cür şərait yaradılıb. Hərbi xidmət o zaman uğurlu olur ki, hərbi qulluqçuların həm xidmət şəraiti, həm də ailəsinin rahat yaşayışı təmin edilir. Bu gün muxtar respublikada yerləşən hərbi hissələrdə həm şəxsi heyətin xidmətini uğurla davam etdirməsi, həm də onların ailələrinin rahat yaşayışı üçün hərtərəfli imkanlar vardır. Silahlı Qüvvələr Günü ərəfəsində yeni yaşayış binasının istifadəyə verilməsi, eyni zamanda ölkəmizdəki dövlət-xalq-ordu birliyinin nümunəsidir.

Ali Məclisin Sədri xalq-ordu birliyinin nümunəsi kimi hərbi hissələrə istehsal etdikləri məhsullardan sovqat aparan, ordu ilə həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə təşəkkürünü bildirərək deyib: Bu birlik ordunun qüdrətini daha da artırır, ordu quruculuğu tədbirlərinin uğurla aparılmasına imkan verir. Ordunun möhkəmlənməsi isə müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Əlamətdar gündə xidməti yaşayış binasının istifadəyə verilməsi, qüsursuz xidmət edən hərbçilərə mənzillərin təqdim olunması dövlətimizin orduya olan diqqətinin göstəricisidir.

Mənzillə təmin olunmuş zabit Rüstəm Əliyev deyib: “Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə malikdir. Zabit-gizir ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin orduya, hərbi qulluqçulara və onların ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, dövlət-xalq-ordu birliyinin təzahürüdür. Yüksək dağlıq şəraitində xidmət etməyimizə baxmayaraq, bizim üçün hər bir şərait yaradılıb. Batabat və Şada tabor mərkəzlərində, Aşağı Buzqov və Gərməçataq bölük mərkəzlərində müasir tələblərə cavab verən əsgəri yataqxanalar inşa edilib. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən mövqelərimiz elektrik aqreqatları, günəş paneli və mavi yanacaqla təmin olunub. Bütün bunlar hərbi qulluqçuların rahat xidmət aparması üçün yaradılan şəraitdir. Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə tez-tez görüşü bizdə ruh yüksəkliyi yaratmaqla bərabər, üzərimizə böyük məsuliyyət qoyur”.

Rüstəm Əliyev göstərilən diqqət və qayğıya görə hərbi qulluqçular adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, bundan sonra da etimadı doğruldacaqlarına, verilən bütün əmr və tapşırıqları yerinə yetirməyə hazır olacaqlarına söz verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq