Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Naxçıvan, 1 iyun, AZƏRTAC

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində festival keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda çıxış edərək deyib: Bu gün sizinlə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edirik. O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də ölkəmizin gələcəyinin təminatçısı olan uşaqlara qayğını dövlətin əsas vəzifəsi hesab edərək deyirdi ki, “Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, onları müdafiə etmək bizim vətəndaşlıq borcumuzdur”.

Ali Məclisin Sədri deyib: Ulu Öndərimizin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün müstəqil dövlətimizdə aydın görünür. Bu diqqətin nəticəsidir ki, Azərbaycanda uşaq hüquqları etibarlı şəkildə qorunur. Uşaqların sağlam mühitdə böyümələri üçün bütün tədbirlər görülür. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeganə ölkədir ki, müharibə şəraitində olmasına baxmayaraq sosial sahəyə, ana və uşaq hüquqlarının qorunmasına diqqət göstərilir, Dövlət Proqramları qəbul edilir. Uşaqların istedadlarının üzə çıxarılması, biliklərinin artırılması dövlət orqanlarının həyata keçirməli olduğu əsas tədbirlər sırasındadır. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də “Ölkəmizi tanıyaq” layihəsidir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. Ötən müddət ərzində uşaqların təhsili sahəsində mühüm işlər görülüb, şəhər, qəsəbə və kəndlərimizdə ümumtəhsil məktəbləri istifadəyə verilib, maddi-texniki bazası gücləndirilib. Məktəblərimizdə informasiya texnologiyalarının son nailiyyətləri olan avadanlıqlar quraşdırılıb. Bu tədbirlər sayəsində kəndlə şəhər arasında fərq aradan qaldırılıb. Muxtar respublikada məhdud fiziki imkanlı uşaqların da təhsilə cəlb olunması və reabilitasiyası diqqət mərkəzindədir. Bu məqsədlə Dövlət Proqramı qəbul edilib, audio və elektron kitabxana, Distant Tədris Mərkəzi yaradılıb, Uşaq Bərpa Mərkəzinin fəaliyyəti gücləndirilib. Muxtar respublikamızda uşaqlar asudə vaxtlarını da səmərəli keçirirlər. Gənc nəslin ixtiyarına böyük infrastruktur sahələri, Uşaq Kitabxanası, Dövlət Uşaq və Kukla teatrları, Uşaq Filarmoniyası, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, şahmat və uşaq musiqi məktəbləri, məktəbdənkənar tərbiyə müəssisələri, idman obyektləri və Ağbulaq İstirahət Mərkəzi verilib.

Ali Məclisin Sədri deyib: O uşaq hərtərəfli inkişaf edir ki, o sağlam olsun. Ona görə də uşaqların sağlamlıqlarının qorunmasına diqqət artırılır. Muxtar respublikada yaradılan müasir səhiyyə infrastrukturu, mütəmadi olaraq aparılan profilaktika və müayinə tədbirləri gələcəyimiz olan gənc nəslə göstərilən qayğının ifadəsidir. Həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində muxtar respublikada istedadlı və sağlam nəsil yetişib. İstedadlı nəsil - parlaq gələcək deməkdir. Bu mənada istedadlı uşaqların aşkara çıxarılması üçün müxtəlif tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir. İstedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Biz əminik ki, gələcəkdə adları “Qızıl kitab”a yazılan istedadların sayı daha da artacaqdır.

“Uşaqlara qayğı yalnız dövlət qurumlarının yox, hamının mühüm vəzifəsi olmalıdır. Uşaqların xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunması, təhsilli, vətənpərvər və sağlam yetişmələri bizim hamımızı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir”, - deyən Ali Məclisin Sədri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, onlara yaxşı təhsil almalarını, Vətənə layiqli övlad kimi böyümələrini arzulayıb, uşaqlara müraciətlə çıxışını ümummilli liderimizin fikirləri ilə tamamlayıb: “Azərbaycanın gələcəyi sizinlə bağlıdır, sizin istedadınızla, gələcək fəaliyyətinizlə bağlıdır”.

Sonra Ali Məclisin Sədri təhsil, idman, musiqi, rəsm və tətbiqi sənət sahələrində nailiyyətlərinə görə fərqlənən uşaqlara hədiyyələr təqdim edib.

Tədbirin aparıcıları qeyd ediblər ki, muxtar respublikada uşaqlara göstərilən qayğını hər gün görür və hiss edirik. Bizim yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə olunmağımız və təhsil almağımız dövlətimizin diqqət mərkəzindədir. Muxtar respublikada uşaqlar üçün yaradılan şəraitin nəticəsidir ki, asudə vaxtımızı səmərəli keçirir, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərində fəal iştirak edir, istedadımızı artırırıq. Bugünkü festivalda da uşaqlar öz istedadlarını nümayiş etdirəcəklər. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yüksək səviyyədə keçirilməsi muxtar respublika rəhbərinin uşaqlara diqqətinin əyani ifadəsidir.

Tədbirin aparıcıları bu diqqət və qayğıya görə bütün uşaqlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirib, festivalı açıq elan ediblər.

Festivalın bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq çalğı alətləri ansamblının ifasında xalq mahnılarımız və muğamlar səslənib. Gənc Heydərçilər Ümummilli Liderimizə həsr olunmuş şeiri bədii qiraət edib, Uşaq bağçalarının, məktəbdənkənar təhsil müəssisələrinin, o cümlədən uşaq musiqi məktəblərinin mahnı və rəqs ansamblları maraqlı nömrələr təqdim ediblər.

Festivalda muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin üzvü olan istedadlı uşaqların hazırladıqları əl işləri - dekorativ, tikmə, toxuma və rəsm əsərlərinin, müxtəlif maketlərin və uşaq məhsulları istehsal edən müəssisələrin məhsullarının sərgi-satışı təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış