Naxçıvanda vergi daxilolmaları 2,2 faiz artıb
Naxçıvan, 7 iyul, AZƏRTAC
Bu ilin yanvar–iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 118,3 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 faiz və ya 2,5 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 84,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,4 faiz və ya 6,6 milyon manat artıb. Ödənilən vergilərin 71,4 faizi qeyri-dövlət sektorunun, 28,6 faizi isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 2,4 milyon manata yaxın olub.
Müxbir- Nail Əsgərov