Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb
Naxçıvan, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar abidə önünə güllər qoyulub, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.