Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görüş keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aşraf Adamla görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlərin, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin, xüsusilə, turizm əlaqələrinin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.