Naxçıvanın dağətəyi ərazilərinə qar yağıb VİDEO



Naxçıvan, 15 aprel, AZƏRTAC
Ötən gündən etibarən muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, Şahbuz rayonunun Batabat yaylağı ərazisinə 8 santimetr, Kükü, Biçənək kəndlərinə isə 2 santimetr qar yağıb.
Muxtar respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprelin 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir 20 m/san-dək güclənəcək. Temperatur gecə 1-6°, gündüz 11-16° isti olacaq.