Naxçıvanın “Darıdağ” futbol klubunun iki üzvü milli komandaya dəvət olunub
Naxçıvan, 8 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yeniyetmələrdən ibarət “Darıdağ” futbol klubunun iki üzvü Aşqin Abazərov və Yaşar Kəngərli 15 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət olunublar.
AZƏRTAC xəbər verir ki, yeniyetmə futbolçular 4 gün davam edən və bu gün yekunlaşan təlim-məşq toplanışında bacarıqlarını nümayiş etdiriblər. Təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası ilə yoxlama görüşündə yığmanın heyətində Aşqin və Yaşar da oynamaq şansı qazanıblar.
“Darıdağ” futbol klubunun baş məşqçisi Şəhriyar Məmmədov iki futbolçunun yığmanın təlim-məşq toplanışına çağırılması ilə bağlı deyib: “İki ilə yaxındır fəaliyyət göstərən “Darıdağ” klubunda ilin bütün fəsillərində məşqlər müntəzəm olaraq keçirilir. Muxtar respublikada uşaq futbolunun inkişafına və kütləviliyinə nail olmaq üçün böyük səylə çalışırıq. 15 yaşadək yığmanın düşərgəsinə cəlb olunan iki futbolçu ilə yanaşı, digər iki futbolçumuzla da “Qəbələ” klubu maraqlanır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]