İQTİSADİYYAT
Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanın rəqəmsal siyasətlə, innovasiyalarla bağlı növbəti illər üçün dövlət strategiyasının istiqamətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvəsi"ndə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, dövlətin strategiyası üç əsas istiqamət üzərində qurulub: "Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir. Həmçinin rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək. Ölkəmizdə bu istiqamətdə bir sıra işlər aparılır, layihələr gerçəkləşdirilir".