Nazir: Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15 milyard manatı ötüb

Bakı, 11 dekabr, AZƏRTAC
Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 15 milyard 337,7 milyon manat olub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz artaraq 9 milyard 15,8 milyon manat təşkil edib. Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”, - deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [15:54]
Azərbaycandan 10-dək ölkəyə süfrə yumurtası ixrac edilir
- 19.05.2025 [15:54]
® “Birbank Biznes” Qəbələdə sahibkarlarla bir araya gəlib
- 19.05.2025 [15:37]
Bu ilin dörd ayında Azərbaycanı 735 mindən çox qonaq ziyarət edib
- 19.05.2025 [13:44]
® “Azercell” rəsmi olaraq “Əla iş yeri” kimi tanınıb
- 19.05.2025 [10:59]