Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik
Göygöl, 25 iyul, AZƏRTAC
Bu, artıq böyük bir bayramdır. Beşinci dəfə təşkil olunan Milli Yaylaq Festivalında biz doğrudan da milli ab-havanı görürük, hiss edirik. Buna görə ilk növbədə sizlərə təşəkkürümü bildirmək istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində keçirilən V Milli Yaylaq Festivalının açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərin qorunması və adət-ənənələrin gənc nəslə aşılanmasıdır.
“Prezident İlham Əliyev gənclərlə dəfələrlə görüşlərində bu məsələnin əhəmiyyətini vurğulayıb, müxtəlif dövlət qurumlarına bununla bağlı müvafiq tövsiyələr verib. Gördüyünüz kimi, ölkəmizdə bir neçə festival keçirilir və məhz bu festivallarda milli adət-ənənələrimizin yaşadıldığını görürük. Bu gün də gənclərimizin həmin adət-ənənələrin davamçıları kimi burada iştirak etdiyini müşahidə edirik. İstəyirik ki, belə bayramlar ölkəmizdə daha çox olsun”, - deyə Fərid Qayıbov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]