Nazir Mövlud Çavuşoğlu: Azərbaycan ilə müttəfiqliyimizi qüvvətləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun
Ankara, 15 iyun, AZƏRTAC
Can Azərbaycanla müttəfiqliyimizi qüvvətləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sosial şəbəkə hesabında etdiyi paylaşımında yer alıb.
Nazir Mövlud Çavuşoğlu təbrik paylaşımında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamı və qoşa dalğalanan bayraqlarımızla bayram təbrikini tərənnüm edib.
Türkiyənin Xarici İşlər Nazirliyinin eyni məzmunlu bayram təbrikli paylaşımında da əminliklə vurğulanır ki, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi müttəfiqliyimizi daha güclü əsaslarda təmin edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara