Nazir müavini: Azərbaycanda yeni yaşıl iqtisadiyyatın yaradılması istiqamətində mühüm işlər görülür
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə yeni çağırışlara adekvat reaksiya verən ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin birinci müavini Sahib Ələkbərov "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.
O deyib ki, bərpaolunan enerji, qaz emissiyalarının azaldılması hazırda mühüm əhəmiyyət kəsb edir.
İqlim dəyişikliyi ilə bağlı Paris sənədinin ölkəmizdə ratifikasiya edildiyini xatırladan S.Ələkbərov bildirib ki, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. Diqqətə çatdırıb ki, işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Nazir müavini bildirib ki, həmin ərazilərdə bərpaolunan və yaşıl enerjinin əldə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.
S.Ələkbərov yeni yaşıl iqtisadiyyatın yaradılmasında görülən işlərdən də danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO
- 11.06.2026 [17:24]