Nazir müavini: Festivalda 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir
Bakı, 5 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə dekabrın 5-dən 11-dək paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək. Bu tədbirlər yalnız mədəniyyət bayramı deyil, həm də yaradıcı sənayelərin inkişafı, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova dekabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, festival ölkəmizin multikultural dəyərlərini, mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini dünyaya təqdim edən əhəmiyyətli bir nümunədir.
"Festivalda 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir. Bu, tədbirin geniş ictimai maraq doğurduğunu, həmçinin Azərbaycanın yaradıcı sənayelər üzrə regional mərkəzə çevrilmək potensialını nümayiş etdirir", - deyə nazir müavini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]