Nazir: Qlobal qeyri-müəyyənliklərə baxmayaraq, Türkiyə turizmdə sabitliyi qoruyub
İstanbul, 31 iyul, AZƏRTAC
Regional müharibələr və qlobal qeyri-müəyyənliklərin beynəlxalq səyahət axınına mənfi təsir göstərdiyi bir dövrdə son altı ay ərzində Türkiyənin turizm gəlirləri 25,7 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Türkiyənin cari ilin birinci yarısı üzrə turizm göstəricilərini açıqlayan nazirin bir nəfərin gecəlik xərclərinin və orta qalma müddətinin artmasının turizm sektorunun dayanıqlığını bir daha nümayiş etdirdiyini bildirib.
O, həmçinin vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin turizm sektoruna ayrılan, ümumilikdə 66 milyard lirə həcmində dəstək sayəsində sektorun maliyyə imkanları və məşğulluq potensialı daha da gücləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]