Azərbaycan Dövlət İnformasiya Agentliyi

“NƏ GÜMAN EYLƏMİSƏN ONDAKI TİLSİMLƏRİ SƏN...”

Bakı, 1 aprel (AZƏRTAC). “Muğam Azərbaycanın milli sərvətidir”. Prezident İlham Əliyev bu sözləri “Muğam dünyası” Beynəlxalq festivalının açılış mərasimində demişdir. Doğrudan da, ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək çətindir. Azərbaycan xalq musiqisinin qüdrətli bir şaxəsi olan muğamın bütün formaları - “Rast”, “Şur” və “Segah”, “Qatar” və “Bayatı Kür”, “Heyratı”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” və s. xalq arasında eyni dərəcədə populyardır və eyni dərəcədə sevilir. Lakin sənətşünaslar, muğam biliciləri hesab edirlər ki, “Segah”, onun müxtəlif variantları bizim milli ruhumuza daha yaxındır. Yəqin ki, bunu deyənlər haqlıdırlar.

Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan hər hansı muğamı diqqətlə dinləyin, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqa şairlərin qəzəllərinin mənası üzərində düşünün... Sizə elə gəlmirmi ki, bu musiqini dinlədikcə sehrli bir aləmə dalırsınız, keçirdiyiniz hisslər həmin muğamın musiqi obrazlarına uyğun gəlir? Əgər belə deyilsə, deməli, bu, sizin muğamınız deyil. Siz öz muğamınızı axtarın və hökmən onu tapacaqsınız.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, milli mədəniyyətimizin və xalq sənətinin, o cümlədən Şərqin ən qiymətli incisi sayılan muğamın qorunub saxlanmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan Mehriban xanım Əliyeva muğam barədə fikirlərini təxminən bu şəkildə ifadə etmişdir.

Muğam hər bir azərbaycanlının həyatına az qala doğulduğu andan daxil olur. Bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza uyğun gəlir. O, həmişə yerinə düşür - kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Bəli, muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət etmiş, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olmuşdur. Muğamın ən yaxşı ifaçılarının və bilicilərinin fikirlərini xatırlayaq.

Vaxtilə Azərbaycanda ən tanınmış muğam ifaçılarından olan Seyid Şuşinski muğamı bütöv bir ümmana bənzədirdi. Xan Şuşinskinin fikrincə, muğam yaralı ürəklərin məlhəmi, insanlara təsəlli verən, onları ruhən yüngülləşdirən bir sənətdir. Həqiqətən, bu böyük sənətkarların ifasında səslənən muğam məhz belə təsirə malik idi. Xalqımızın əhval-ruhiyyəsini, onun xarakterini ifadə edən ecazkar muğam melodiyalarını dinlədikcə insan sanki saflaşır, qürur hissi keçirir. Təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyevin dediyi kimi, musiqimizin Quranı olan muğam Avropa və Amerikada özünə yüzlərlə, minlərlə pərəstişkar tapmışdır. Azərbaycan muğamlarının bənzərsiz ifaçısı Alim Qasımovun xarici ölkələrdəki çıxışlarının necə qəbul edilməsi buna əyani sübutdur.

Vaxtilə bəstəkar Əfrasiyab Bədəlbəyli tamamilə haqlı olaraq muğamatı Azərbaycan musiqi dilinin lüğət fondu, musiqimizin təməli kimi səciyyələndirmişdir. Dahi Üzeyir Hacıbəyli Şərqdə ilk opera olan “Leyli və Məcnun”u məhz muğam əsasında yazmışdır. Sonrakı dövrdə Azərbaycan bəstəkarları xalqımızın milli musiqi xəzinəsini dərin məzmunlu, bənzərsiz melodiyaları ilə seçilən əsərlərlə zənginləşdirmişlər. Niyazinin “Rast”, Fikrət Əmirovun sözün həqiqi mənasında sensasiyaya çevrilmiş “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı Şiraz” əsərləri o vaxta qədər mövcud olmayan simfonik muğam janrının ilk nümunələri kimi bütün musiqi dünyasını heyran etmişdi. Sonralar Süleyman Ələsgərovun “Bayatı Şiraz”, Vasif Adıgözəlovun “Segah”, Tofiq Bakıxanovun “Nəva”, “Humayun” və başqa əsərləri yaranmışdır. Xalq çalğı alətləri orkestri və simfonik orkestr, arfa, orqan və fortepiano üçün yazılmış əsərlər arasında Asəf Zeynallının “Çahargah” simfoniyası, Aqşin Əlizadənin “Muğam melodiyaları”, Fərəc Qarayevin “Xütbə, muğam və surə” kimi orijinal bəstələri xüsusi yer tutur. Firəngiz Əlizadənin vətən və xalq məhəbbəti duyğuları ilə dolu “Habilsayağı”, “Muğamsayağı”, “Azərbaycan pastoralı” və başqa əsərləri xüsusi qeyd edilməlidir. Bəstəkar bu əsərlərdə xalqımızın milli cizgilərini təcəssüm etdirməyə, muğamı müasir bəstəkarlıq texnikası ilə əlaqələndirməyə nail olmuşdur. Yəqin elə buna görədir ki, dünyanın ən yaxşı musiqiçiləri Firəngiz Əlizadənin əsərlərini dinləyicilərə şövqlə təqdim edir, məhz bu səbəbdən onun musiqisi bütün ölkələrdə böyük maraqla qarşılanır. Firəngiz xanım özü muğamı Azərbaycanın genetik kodu, ümumbəşəri irs adlandırmışdır.

Elə buna görə də muğam ilə cazın sintezi ilk dəfə ölkəmizdə həyata keçirilmişdir. Bu işin təməlini Azərbaycanın istedadlı cazmeni Vaqif Mustafazadə qoymuş, sonra isə Rafiq Babayev, Əzizə Mustafazadə, Şahin Növrəsli bu ənənələri çox uğurla davam etdirərək özlərinin muğam-caz improvizələri ilə məşhurlaşmışlar.

Son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli artmışdır, bu ölkələrdə muğamı çox yüksək səviyyədə qəbul edirlər. Görünür, bu fakt onunla izah edilməlidir ki, qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlamış və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf etmiş, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilmişdir. Elə buna görə də 2003-cü ildə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilmişdir. Bu hadisə, ilk növbədə, bizim özümüzün muğam sənətinə münasibətimizi dəyişməyə əsas vermiş, başa düşmüşük ki, muğam sənətinin əhatə dairəsi yerli mədəniyyət hüdudlarından çox-çox genişdir. Lakin onu da deməliyik ki, dövlətimizin, şəxsən Prezidentin, eləcə də ölkəmizin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu kimi nüfuzlu ictimai təşkilatların dəstəyi olmasaydı, muğam irsinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş ciddi, geniş əhatəli tədbirlər görülməsəydi, bunlar bəlkə də baş tutmazdı. Heç də təsadüfi deyil ki, birinci Beynəlxalq “Muğam dünyası” festivalı məhz Azərbaycan paytaxtında, haqlı olaraq, İslam mədəniyyəti paytaxtı seçilmiş Bakıda keçirildi.

Muğam biliciləri bu festivala toplaşaraq incəsənətin çox özünəməxsus bir növü barədə fikir mübadiləsi etmiş, muğamın qorunub saxlanması və inkişaf etdirilməsi yollarını nəzərdən keçirmişlər. Azərbaycanda bu sahədə görülmüş işlər muğama marağı xeyli artırmış, muğamın sirlərinə yiyələnmək istəyənlərin sayı qat-qat çoxalmışdır. Bu, zəruridir, çünki, muğamı Azərbaycan xalqının fəlsəfi yaddaşında donub qalmış səslər kimi təsəvvür etmək olmaz, muğam daim dialektik inkişafdadır.

Məlumdur ki, muğamı necə qavramağımız xeyli dərəcədə onun necə ifa edilməsindən asılıdır. Lakin muğam repertuarında elə melodiyalar var ki, onlar özünəməxsus musiqi formasına malikdirlər. Təsniflər, rənglər buna misal ola bilər. Üzeyir Hacıbəyli bu formaları ifaçıların bəstəkarlıq yaradıcılığı sahəsini təşkil edən melodiyalar kateqoriyasına aid edirdi. Bu gün də ifa edilən təsniflərin çoxu XX əsrin Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Hacıbaba Hüseynov, Arif Babayev, İslam Rzayev, Əlibaba Məmmədov kimi görkəmli xanəndələrinin yaradıcılığının bəhrəsidir. Ötən əsrin görkəmli tarzənləri Əhməd Bakıxanov, Mənsur Mənsurov, Bəhram Mənsurov, Əhsən Dadaşov, Hacı Məmmədov, Kamil Əhmədov və başqalarının repertuarı klassik muğam nümunələrindən ibarət idi.

Əlbəttə, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır. Burada səsin gözəlliyi çox vacib amildir. Yaxşı deyiblər ki, muğamda dinləyicini ovsunlayan birinci amil ifaçının gözəl səsidir. Ruhu oxşayan ifa dinləyicinin qəlbində ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır...

Yuxarıda qeyd etdik ki, muğam müsəlman mədəniyyəti fenomeni kimi xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən yəqin ki, muğamın fəlsəfi əsasını da Quranda axtarmaq lazımdır. Qurana görə hər bir yaradıcılıq bu və ya digər əsərin müəllifinin mənəvi səviyyəsini əks etdirir. Deməli, musiqidə də yalnız ülvi hisslərlə yaşayan insan bu duyğuları ifadə etməyə, onları dinləyiciyə çatdırmağa, onu kamilləşdirməyə qabildir.

Beynəlxalq “Muğam dünyası” festivalı çərçivəsində muğama həsr edilmiş elmi simpoziumda xor sənəti məsələsinə də toxunulmuşdur. Xanəndələr çox güclü səsə, virtuoz ifa texnikasına, bəstəkar təfəkkürünə malik olan peşəkar muğam ifaçılarıdır, lakin kollektiv ifa onları da özünə cəlb edir. Dünya musiqi mədəniyyətində yeni janr olan xor muğamlarının yaranmasının şahidi olmuşuq. Xorun ifasında muğam ilk dəfə dahi Üzeyir Hacıbəylinin davamçısı bəstəkar Cahangir Cahangirovun “Azad” operasında səslənmişdir. Bu operada xor “Çahargah” ifa edir. Sonra Nazim Əliverdibəyovun xor üçün “Bayatı Şiraz” əsəri, daha sonra Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası yaranmışdır. Bu oratoriyanın nadirliyi bundadır ki, onun əsasını təşkil edən ritmik muğam əvvəllər heç vaxt vokal-simfonik, xor ifasında istifadə edilməmişdir.

Bizim bəstəkarlar və şairlər üçün tükənməz ilham mənbəyi olan muğam təsviri sənət ustalarına da ruh verir. Ən yaxşı rəssamlarımız muğam mövzusuna müraciət etmişdir. Məsələn, Toğrul Nərimanbəyovun “Muğam” tablosu bu rəssama dünya şöhrəti qazandırmışdır.

Təbii ki, muğamın əhəmiyyəti bizim burada söylədiklərimizdən qat-qat artıqdır. Axı, muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Mehriban xanım Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirmişdir: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

Elmira Əliyeva

AZƏRTAC-ın müxbiri

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub