Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neft Fondunun yaradılmasından 20 il ötür

Neft Fondunun yaradılmasından 20 il ötür

Fond neft gəlirlərinin səmərəli idarə olunması və gələcək nəsillər üçün saxlanılmasını təmin edir

Bakı, 29 dekabr, Nihad Budaqov, AZƏRTAC

Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dirçəlişini məhz neft amilində görürdü və uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini bu işə cəlb etmişdi. Bu strategiyanın təməlində isə bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək. Məhz bu ideyaya söykənən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsinə dair müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bununla da Ulu Öndərin ölkəmizin gələcəyi naminə “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başladı və bu siyasət Azərbaycanın neft ölkəsi adını özünə qaytardı. Ümummilli Liderin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının növbəti mərhələsi isə ölkənin neft-qaz yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən gəlirlərin toplanaraq səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına, sosial-iqtisadi və streteji baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Məhz bu məqsədlə Ulu Öndərin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis olundu.

Fəaliyyətə başladığı vaxtdan ötən 20 il ərzində Neft Fondu qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, öhdəliklərini layiqincə yerinə yetirib. Fond neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, ARDNF Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Fondun yaradılması fəlsəfəsinin əsas qayəsini də neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin olunması təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.

Ulu Öndərin milli neft strategiyası ölkənin neft və qaz gəlirlərinin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi idi. Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsasını ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipini təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

İyirmiillik uğurlu fəaliyyəti sayəsində beynəlxalq səviyyədə tanınmış fonda çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında 4-cü sırada qərarlaşıb. Yaradıldığı gündən şəffaflıq Neft Fondu fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Bu şəffaf fəaliyyətin nəticəsi olaraq Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk olaraq məhz Dövlət Neft Fondu 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Bununla yanaşı, ARDNF ötən ilin oktyabrında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib və dövlət vəsaitlərinin idarə olunması üzrə müxtəlif göstəricilər nəzərə alınmaqla 10-cu yeri tutub.

Neft Fondunun gəlirləri 145 milyard dolları keçib

ARDNF bu vaxtadək “Azəri-Çıraq-Günəşli” layihəsindən 143,3 milyard dollar, “Şahdəniz” yatağı üzrə qazın satışından isə 2,7 milyard dollar qazanıb. Təkcə cari ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5,1 milyard dollar daxil olub. O cümlədən 7 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 209 milyon dollar təşkil edib. Həmçinin yeni AÇG sazişinə əsasən, 2018-2025-ci illərdə ARDNF-ə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, ötən 2 ildə bonus məbləğinin təxminən 1 milyard dolları artıq fonda ödənilib.

Dövlət Neft Fondunun gəlirlərinin artması, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması sosialyönümlü tədbirlərin həyata keçirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm və davamlı addımların atılmasına imkan yaradıb. Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Fond hazırda mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir. Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınan, vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərə öz təcrübəsini bölüşməyə qadir bir quruma çevrilir.

Ölkədə neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən fondun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi təmin edilir. Neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. 2001-ci ildən indiyədək Neft Fondu 100 milyard dollardan çox vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib, dövlət büdcəsinə transfert edilib. Qeyd edilən dövrdə ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-məskunlaşma məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə ARDNF-in 2,5 milyard manatadək vəsaiti istifadə edilib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri tikilib, onların sosial-məişət vəziyyəti yaxşılaşdırılıb.

2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilib. Fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edən Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutub. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. 2006-cı ildən 2011-ci ilədək Neft Fondundan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə 779,6 milyon manat vəsait yönəldilib. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə isə 1,46 milyard manat vəsait yönəldilib.

Bu illərdə ARDNF, həmçinin ölkə neftinin dünya bazarına çıxarılmasında əvəzsiz payı olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat, AÇG layihəsində SOCAR-ın iştirak payının maliyyələşdirilməsi 87,6 milyon manat, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinə 1,53 milyard manat, Türkiyədə “Star” neft emalı kompleksinin tikintisinə 1,66 milyard manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 90 milyon manat, respublikamızın nəqliyyat-tranzit potensialına mühüm töhfə verən Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinə isə 748,6 milyon manat sərf edib.

Bundan başqa, 20 illik fəaliyyəti dövründə Neft Fondu dövlət büdcəsinə transfertləri 91 milyard manatı, Mərkəzi Bankına transfertləri isə 4 milyard manatı ötüb.

Neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına yönəltməyi qarşıya məqsəd qoyan ARDNF Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 215 milyon manatadək vəsait yönəldib. Bu proqramın icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb.

Fondun vəsaitlərinin həcmi fondun tarixində ilk dəfə 40 milyard dolları ötüb

2001-ci ildə fondda 270 milyon ABŞ dolları məbləğində vəsait vardısa, cari il sentyabrın 30-na bu rəqəm 42 milyard 524,4 milyon dollar təşkil edib. Beləliklə də, bu il 20 illiyini qeyd edən Dövlət Neft Fondunun vəsaitlərinin həcmi fondun tarixində ilk dəfə olaraq 40 milyard dolları keçib.

Təkcə cari ilin 9 ayında ARDNF-in büdcə gəlirləri 14,7 milyard manat, xərcləri isə 7,6 milyard manat olub. Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard manatdan çox, o cümlədən mənfəət neftinin və qazın satışından 11,2 milyard manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat olub. Hesabat dövründə ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2,6 milyard manat olub. Yaradıldığı vaxtdan indiyədək isə Neft Fondunun idarəetmə üzrə gəlirləri 6,2 milyard dollar təşkil edib.

Cari il sentyabrın 30-na ABŞ dolları Neft Fondunun investisiya portfelinin 54,7 faizini, avro 33,8 faizini, funt sterlinq 4,9 faizini, Avstraliya dolları 0,5 faizini, Türkiyə lirəsi 0,8 faizini, Rusiya rublu 0,7 faizini, Koreya vonu 0,4 faizini, Çin yuanı 1,1 faizini, Yaponiya yeni 1,6 faizini, digər valyutalar isə 1,5 faizini təşkil edib. ABŞ dolları portfelinin 4 milyard 833,6 milyon dollarlıq hissəsini (11,4 faiz) qızıl investisiyaları təşkil edir. Həmçinin ARDNF-in investisiya portfelinin 130 min dolları Azərbaycan manatıdır.

Dövlət Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 35,45 faizi Avropa, 33,25 faizi Asiya-Sakit Okean, 23,71 faizi Şimali Amerika, 2,12 faizi Avstraliya-Yeni Zelandiya, 0,7 faizi Yaxın Şərq, 0,05 faizi Cənubi Amerika və 4,72 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib. Hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 63,85 faizi inkişaf etmiş ölkələr, 31,43 faizi inkişaf etməkdə olan ölkələr və 4,72 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.

Fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 69,6 faizi istiqrazlar və pul bazarı alətləri, 13,4 faizi səhmlər, 5,6 faizi daşınmaz əmlak və 11,4 faizi (100,66 ton) isə qızıl təşkil edib.

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində bir çox ilklərə imza atan ölkələrdən olub. Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkədir. 2005-ci ildən başlayaraq Azərbaycan mədən hasilatı sənayesinin bütün göstəricilərini əhatə edən hesabatlar dərc edib və ümumilikdə ölkəmiz 20-dən çox MHŞT hesabatı hazırlayıb. İlk gündən etibarən Azərbaycan MHŞT-nin beynəlxalq səviyyədə ən fəal iştirakçılarından biri olub.

Lakin 2016-cı ildən başlayaraq Azərbaycana qarşı ikili standartların tətbiq olunması və qərəzli yanaşmalar başlayıb. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bunun qarşısına çıxıb. Ancaq bu ikili standartların tətbiq olunması davam edib. 2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqotada Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə ədalətsiz qərar qəbul olunub. Bu ədalətsizliyə cavab olaraq isə Azərbaycan hökuməti ölkəmizin MHŞT-ni tərk etməsi barədə qərar qəbul edib. Həmin qərarla bağlı bəyanat verilib, Azərbaycan bəyan edib ki, ölkəmiz MHŞT-nin prinsiplərini deyil, bir təşkilat kimi MHŞT-ni tərk edir. Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, bundan sonra da mədən hasilatında şəffaflığın tətbiq olunmasına sadiq qalacaq. Bu öhdəliyin məntiqi nəticəsi olaraq Azərbaycanın MHŞT-dən kənar ilk mədən hasilatı sənayesində şəffaflıq hesabatını açıqlayıb. 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatı nəinki Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün bütün standartlarına uyğundur, hətta bir çox sahələrdə ondan daha da irəlidədir.

Azərbaycan MHŞT-ni tərk etdikdən sonra Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli Fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyanın çox fəal işi başlayıb, həmin ilin mayından başlayaraq bir çox görüş keçirilib, yeni hesabat formaları təsdiq edilib.

ARDNF-in istər neft gəlirlərinin ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqamətində qazandığı böyük uğurlara dünyanın digər neft ölkələrində fəaliyyət göstərən analoji qurumlar, sözün əsl mənasında, həsəd apara bilərlər. İyirmiillik fəaliyyəti dövründə Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən fondun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə bir daha əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO