Neftçala, Biləsuvar və Samux rayonlarının ərazisində icazəsiz ov edən şəxslər cərimələniblər
Bakı, 28 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində icazəsiz ov edilməsi hallarının qarşısını almaq məqsədilə növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı Neftçala, Biləsuvar və Samux rayonları ərazisində yerləşən ovçuluq təsərrüfatlarında icazəsiz ov edən 12 şəxs saxlanılıb. Onlardan 12 ov tüfəngi, adı “Qırmızı kitab”a düşmüş 2 Turac quşu və 2 ördək götürülüb.
Araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Daşqın İmanov, Bəxtiyar Əhmədov, Seymur Cəfərov, Əli Zeynalov, Elşən İbadov, Abdulla Orucov, Bakı şəhər sakini Xəyal Soltanov, Salyan rayon sakini Şahlar Quliyev, Biləsuvar rayon sakinləri Məlikəjdər Məmmədov, Rafiq Qənbərov, Namiq Qənbərov və Tovuz şəhər sakini Fəxri Bağırov olduqları məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar 12 min 671 manat məbləğində cərimələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]