Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Neftçala Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bu günədək 46,12 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 14,4 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür.
Cari ilin 9 ayında isə Sənaye Məhəlləsində 30 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Bu günədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 46,12 milyon manat investisiya yatırılıb, 290-a yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:54]
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]