NEFTÇALADA KÜR ÇAYININ DAŞMASI NƏTİCƏSİNDƏ YARANMIŞ PROBLEMLƏR ARADAN QALDIRILIR
Neftçala, 13 aprel (AZƏRTAC). Neftçaladakı ixtisaslaşdırılmış hidrometeoroloji mərkəzdən bildirmişlər ki, son 20 gündə Kür çayının bu rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,3 metrədək qalxmışdır.
Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, sahil bəndləri vaxtında gücləndirilmişdir və çayın məcrasından çıxması təhlükəsi yoxdur. Bununla belə, Bankə qəsəbəsində, Yuxarı Qaramanlı kəndində və digər yaşayış məntəqələrində qrunt suları yerin üzünə çıxaraq bəzi həyətləri basmışdır. Fövqəladə Hallar Nazirliyinin mobil qüvvəsi, rayonun idarə və təşkilatlarının texnikası hadisə yerindədir. Qrunt suları quraşdırılmış 30-a yaxın nasosla çəkilib kənara axıdılır. Vətəndaşlara dəymiş ziyan öyrənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]