“Neftçi İdman Klubu”nun cüdoçuları ölkə birinciliyində 15 medal qazanıblar
Bakı, 13 dekabr, AZƏRTAC
Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 69 komandanın tərkibində 500-dən çox cüdoçu mübarizə aparıb.
“Neftçi İdman Klubu”nun yetirmələri də yarışda təmsil olunublar. Klubun yeniyetmə cüdoçuları ölkə birinciliyinin 15 medalına (3 qızıl, 7 gümüş, 5 bürünc) sahib olublar.
Oğlanlar arasında Qnyaz Mahmudlu (66 kq) bütün rəqiblərini məyus edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elxan Əkbərov (50 kq), Davud Abbaslı (60 kq), Rişad Xanlarzadə (90 kq) və Camal Feyziyev (90 kq-dan yuxarı) gümüş, Nəriman Mirzəyev (55 kq) və İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olublar.
Xanım cüdoçulardan Fəridə Səfərova (52 kq) və Fidan Hüseynova (63 kq) ölkə çempionu adını qazanıblar. Yalnız finalda məğlub olan Ülviyyə Bayramova (48 kq), Əsmər İskəndərzadə (52 kq) və Cəmalə Muqumova gümüş medala yiyələniblər. Klubun digər cüdoçuları Nigar Əzimova (48 kq), Məleykə Məmmədova (52 kq) və Fidan Vəliyeva (57 kq) isə yarışı üçüncü yerdə başa vurublar.
Qeyd edək ki, birinciliyin ən güclüləri yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]