“Neftçi”nin qadın komandası Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanıb
Bakı, 22 iyul, AZƏRTAC
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu I təsnifat mərhələsinin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” komandası ilə qarşılaşıb. Yunanıstanın Veria şəhərindəki stadionda keçirilən görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında üstün (4:3) olan “Neftçi” növbəti mərhələyə yüksəlib.
Komanda II raundda Yunanıstanın PAOK və İsrailin “Hapoel” (Yerusalim) kollektivləri arasında keçiriləcək digər yarımfinal matçının qalibi ilə üz-üzə gələcək. Finalın qalibi UEFA Qadınlar Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]