“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda
Bakı, 23 iyul, AZƏRTAC
“Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü Naxçıvan təmsilçisinin heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. 29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin “Pafos” komandası olub.
Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]