Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Game Jam Next” tədbirini təşkil edəcək
Bakı, 8 iyul, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “SUP” Akselerasiya Mərkəzinin və “Tech Academy”nin birgə təşkilatçılığı ilə “Global Game Jam Next” tədbiri keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Global Game Jam Next”in əsas məqsədi video oyunlarının yaradılmasını öyrənməyə həvəs göstərən 12-17 yaşlı yeniyetmə və gənclərə bu sahədə ilkin bilikləri mənimsəməyə dəstək olmaqdır. Bu tədris proqramı onların kodlaşdırma potensialını üzə çıxararaq texniki biliklər qazanmasına imkan yaradacaq.
İyulun 13-24-də baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə (iyulun 13-17-də) iştirakçılara proqramlaşdırma və oyun hazırlama bacarıqları mövzularında videodərslər keçiriləcək. İyulun 20-24-də baş tutacaq ikinci hissədə isə iştirakçılar öyrəndiklərini tətbiq etməklə öz ideyaları əsasında oyunlar hazırlayacaqlar.
İştirak üçün 12-17 yaşlı yeniyetmə və gənclər “https://bit.ly/2D4ZApp” linki vasitəsilə iyulun 10-u saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, inklüziv təhsil alanlarla xüsusi mentorların iştirakı ilə inklüziv təhsil sahələrində kodlaşdırmanın təşviqini artırmaq, onların texnoloji yeniliklərə marağını gücləndirmək məqsədilə ayrıca məşğul olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]
Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]