Nərgiz İsmayılova Çağırış kuboku yarışlarının final oyununa təyinat alıb
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında Çağırış kuboku yarışlarının final oyununa təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, N.İsmayılova Yunanıstanın "Olimpiakos" və İsrailin "Makkabi Təl-Əviv” klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Yunanıstanda baş tutacaq.
CEV-in bu matç üçün təyinatına əsasən N.İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]