Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəriman Nərimanov şəxsiyyətinə yeni baxış

Nəriman Nərimanov şəxsiyyətinə yeni baxış

Professor Teymur Əhmədovun “Nəriman Nərimanov” albom-kitabı çapdan çıxıb

Bakı, 28 avqust, AZƏRTAC

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Nəriman Nərimanov” albom-kitabı çapdan çıxıb. Ömrünün təxminən 60 ilini Nəriman Nərimanovun həyat və yaradıcılığının, fəaliyyətinin tədqiqinə həsr edən alimin bu kitabı yeni faktlarla zəngindir. Nəşr ulu öndər Heydər Əliyevin “Nəriman Nərimanov mürəkkəb və çətin bir yol keçmiş, fəaliyyətə maarifçi-demokrat kimi başlayaraq ... bir siyasi rəhbər və təşkilatçı kimi özünün bütöv istedadı, qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir. Onun adı... Azərbaycan zəhmətkeşlərinin qəhrəmancasına mübarizəsi ilə qırılmaz surətdə bağlıdır” sözləri ilə açılır.

Layihənin ideya rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayevdir.

AZƏRTAC xəbər verir ki, nəşrdə Nəriman Nərimanovun həyat və fəaliyyəti, o cümlədən təhsil illəri, Zaqafqaziya müəllimlər qurultayında çıxışı, H.Z.Tağıyevlə arasında olan münaqişə, Bakıda və Həştərxanda apardığı inqilabi mübarizə, 1917-1920-ci illərin hadisələri, Bakıda Şərq xalqlarının birinci qurultayında, 1922-ci ildə Genuya konfransında iştirakı, həmin ilin may ayında Zaqafqaziya Federasiyasının İttifaq sovetinin sədri, dekabr ayında isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri seçilməsi, 1925-ci ilin fevral ayında SSRİ MİK yanında Elmi Şərqşünaslıq İttifaqı tərəfindən onun ədəbi və ictimai-siyasi fəaliyyətinin 30 illiyinin keçirilməsi və vəfatı ilə bağlı məqamlar geniş işıqlandırılıb.

Albom-kitabı vərəqlədikdə məlum olur ki, Nəriman Nərimanovun ulu babası XVII əsrdə Gürcüstanın Kaxetiya valisi I İraklinin sarayında eşikağası olmuş, babası Allahverdi bəy isə Zaqafqaziyada musiqi xadimi kimi şöhrət tapmışdı. Allahverdi bəyin Tiflisdə tikdirdiyi ikimərtəbəli mülk sonralar oğlu Nəcəfə qalır. Kərbəlayı Nəcəf tiflisli Hacı Məhəmmədqasım Zamanovun qızı Həlimə xanımla ailə qurur və onların doqquz övladı olur. Deməli, belə bir nəslin övladı olan N.Nərimanovun yüksək vəzifələr tutması təsadüfi deyildi.

Nəriman Nərimanov hələ XIX əsrin sonlarında yaradıcılığının ilk dövründə “Nadanlıq”, “Şamdan bəy” komediyalarını, “Nadir şah” tarixi faciəsini, eləcə də “Bahadır və Sona” romanının bir hissəsini yazıb, Qoqolun “Müfəttiş” əsərini Azərbaycan dilinə tərcümə edib, tamaşaya qoyub.

Professor Teymur Əhmədov yazır ki, Nəriman Nərimanov Azərbaycanda Xalq Komissarları Sovetinin sədri işləyən zaman olduqca faydalı işlər görürdü və bu, sovet hökumətinin gizli siyasətini təmsil edən mənsəbpərəst məmurları qıcıqlandırmaya bilməzdi.

Kitabdan aydın olur ki, Nəriman Nərimanov təkcə Azərbaycanın deyil, bütöv Şərqin taleyini düşünən bir insan, türk dünyasının böyük təəssübkeşi olub. Təqdim olunan faktlardan birində göstərilir ki, Türkiyə səfiri Məmduh Şövkət bəy 1921-ci il martın 17-də Atatürkün Nərimanova Azərbaycan hökumətindən borc pul istəməsi barədə məktubunu təqdim edib. Nəriman Nərimanov dərhal 1 milyon rubl dəyərində qızıl rubl göndərib və yazıb: “Paşam, qardaş-qardaşa borc verməz, əl tutar”.

Türk diplomatı Rza Nurun kitabda yer alan “Moskva-Sakarya” xatirələrindən aydın olur ki, N.Nərimanov türk olması ilə fəxr edir, eyni zamanda, bolşevik-kommunistlərə hədsiz inanır, aldadıldığını sonralar anlayır və peşman olur: “Azəri hökuməti kommunist bir cümhuriyyətdir. Baş komissar Nəriman Nərimanov. Bu, ağlı başında olan bir adamdır, çox məlumatlıdır. Baxdım ki, çox yaxşı bir adamdır. Özümə qarşı etimad istədim. Açıldı və dedi: “Bolşevik nədir? Bu rəzalət bizə yaraşmaz. Biz türkük, millətin ənənələri ilə yaşayırıq”. Çox xoşuma gəldi və çox sevindim. Nəriman mənə Moskva haqqında gözəl məlumat verdi”.

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra onun bir çox rəhbərləri amansızcasına məhv edilirdi. Məmməd Əmin Rəsulzadə, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski Nəriman Nərimanovun sayəsində xilas oldular. Albom-kitabda qeyd edilir ki, Cümhuriyyət üçün yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 100 istedadlı gənci Avropanın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi xəbərini o zaman Həştərxanda olan N.Nərimanov “Azərbaycan” qəzetində oxuyarkən çox sevinmişdi. Cümhuriyyətin süqutundan sonra həmin tələbələrin təqaüdü kəsilir. 1920-ci il dekabrın 14-də Azərbaycan Tələbə Mərkəzinin Berlin Komitəsindən Maarif Komissarlığına tələbə Hilal Münşiyevin bununla bağlı məktubu təqdim olunur. Nərimanov həmin məktubun üzərinə tələbə komitəsinə təcili şəkildə yüz min marka göndərilməsi barədə dərkənar yazır.

Nəriman Nərimanov Əhmədbəy Ağaoğlu ilə birlikdə xaricdə həbsdə saxlanılan bir sıra türk ziyalılarının azad edilməsi üçün də çox çalışırdı.

Nəşrdə Moskvanın Nəriman Nərimanova “rəğbəti” barədə də söhbət açılır. Bunun başlıca səbəbi onunla izah olunur ki, onu yüksək vəzifəyə təyin etməklə, Rusiya rəhbərliyi həm də bütün Şərq xalqlarında bolşevik-kommunist hökumətinə rəğbət oyatmaq istəyirmiş. Çünki bu böyük insan təkcə Azərbaycanda deyil, Şərq dünyasında da böyük nüfuz sahibi idi.

Albom-kitabı vərəqlədikcə belə qənaətə gəlmək olur ki, hədsiz dərəcədə ürəyiaçıq, xalqına qəlbən bağlı olan Nəriman Nərimanov hiyləgərlərin, avantüristlərin əhatəsində idi və onlardan fərqli olaraq fikirlərinə diplomatik don geyindirmir, sözünü açıq deyirdi. Bu, onun ədəbi, ictimai-siyasi fəaliyyətinin 30 illiyindəki cavab nitqində, Leninin ölümü ilə bağlı “İzvestiya” qəzetində dərc olunmuş məqaləsində də aydın görünür. Çox çəkmir ki, vaxtilə özlərini “məslək dostları” kimi göstərən insanlar vəzifəyə gələndən sonra tamamilə dəyişir və onların əsl fırıldaqçı siması üzə çıxır. Bəlkə də Nəriman Nərimanov rəhbər işçilər arasında yeganə insan idi ki, şəxsiyyətinin bütövlüyünü və əqidəsini qoruyub saxlamışdı, olduğu kimi görünməyi üstün tuturdu.

Nəşrdə diqqətçəkən məqamlardan biri də Nəriman Nərimanovun ölümü ilə bağlı faktlardır. Belə ki, tərtibçi oxucuya hökumətin rəsmi məlumatını olduğu kimi təqdim edir: “Dünən martın 19-u, axşam saat 20:30-da SSRİ MİK sədri yoldaş Nəriman Nərimanov ürək partlamasından vaxtsız vəfat etmişdir”. Son dərəcə inandığı sistem onun ürəyini 55 yaşında partlatmışdı. Eyni zamanda, kitaba Kalininin bu fikirləri daxil edilib: “Onun şəxsiyyətində Qızıl Meydan Şərq xalqından ilk qurbanı qəbul edir”. Nəriman Nərimanova ölümündən sonra da hücumlar davam edir. Müəssisələrdən, o cümlədən Moskva Şərqşünaslıq İnstitutundan onun adı götürülür.

“Nərimanovun işi” adlanan məxfi qovluqda saxlanan işlərə tarixçi-alim Firdovsiyə Əhmədovanın şərhi də ciddi maraq doğurur və bəzi məsələlərə aydınlıq gətirilir. Kitaba daxil edilmiş bu şərhdə deyilir: “Nərimanov yazırdı ki, heç çar Rusiyası dövründə də Azərbaycan əhalısi belə sıxışdırılmırdı. Türk dili belə qadağan olunmurdu. O, Bakı Sovetinin tərkibini ortaya qoyurdu. Nə qədər qeyri-millətlər var, nə qədər müsəlman bütün ölçülərilə uyğun gəlsə də, vəzifələrə onu qəbul etmirlər, qeyri-milləti qoyurlar”.

Kitabda əksini tapan “Nərimanovun işi” adlı məxfi qovluğundan bəzi epizodları təqdim etmək istərdik: “Uzun mübarizədən sonra ona nail oldu ki, neftdən gələn gəlirin, heç olmasa, 15 faizi Azərbaycan təhsilinə, səhiyyəsinə sərf edilsin. Siyasi Büronun qərarı olsa da, Serebrovski (“Azneft”ə rəhbərlik edən şəxs) onu da yerinə yetirmirdi. Bax, bütün bunlar Nərimanovun məruzəsində yer almışdı”.

Digər bir epizod: “1920-ci ilin bütün yay və payızında Leqran, Orconikidze, Çiçerin və Nərimanov arasında Azərbaycan ərazisinin müqəddəratı ilə bağlı teleqraflaşma gedirdi. O zaman Nərimanov birmənalı şəkildə deyirdi ki, Naxçıvan, Qarabağ, Zəngəzur, Şərur-Dərələyəz, Ordubad Azərbaycanın ayrılmaz hissələridir. Hətta Çiçerin Orconikidzeyə yazır ki, Müsavat hökuməti Şərur-Dərələyəzi Azərbaycanın saymır, amma Nərimanov onları da Azərbaycan torpağı hesab edir”. Bax, Nərimanov belə gərgin situasiyada, təkbaşına mübarizə aparırdı.

“Nəriman Nərimanov” albom-kitabında bu böyük insan bütün xüsusiyyətləri, ədəbi, ictimai, siyasi fəaliyyəti, Şərq, türk, Azərbaycan xalqının azadlığı uğrunda mübariz kimi, eyni zamanda, bolşevizmə inanan, ancaq sonralar onun bəlalarını görən, faciəsini yaşayan bir vətənpərvər kimi təqdim olunub. Albom-kitab müəllifin sovet hakimiyyəti dövründə oxuculara təqdim etdiyi ilk kitabın təkmilləşdirilmiş ikinci nəşridir. Yeni nəşrdə müstəqilliyin ab-havası şəraitində Nəriman Nərimanov qədirbilən xalqına necə varsa, olduğu kimi təqdim edilib.

Qeyd edək ki, ədəbiyyatşünas alim Teymur Əhmədov “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik, “Nəriman Nərimanovun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, “Nəriman Nərimanovun yaradıcılıq yolu” adlı monoqrafiya nəşr etdirib. Onun “Nəriman Nərimanov” kitabçası rus, ingilis, fransız, alman, ərəb, fars və digər dillərə tərcümə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO