NƏSİMİ RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də Nəsimi rayon gənclərinin toplantısı keçirilmişdir.
Toplantı iştirakçıları qarşısında çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Elbrus Abdullayev hesabat dövründə rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” çərçivəsində rayonda gənclər siyasəti və idmanın inkişafı ilə bağlı tədbirlər keçirilmişdir. Bu sırada gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər, intellektual və hərbi idman oyunları xüsusi yer tutur.
İdarə rəisi məlumat vermişdir ki, cari ildə 7 mini-futbol və 11 basketbol meydançası təmir edilmiş, 2008-ci ilin birinci yarısında 228 gənc işlə təmin olunmuşdur.
Tədbirdə vurğulanmışdır ki, ölkəmizdə aparılan çoxşaxəli islahatlar idmanın da inkişafına güclü təkan vermiş, respublikanın bölgələrində beynəlxalq standartlara uyğun olimpiya idman kompleksləri və meydançalar tikilmişdir. Bütün bunlar ölkə gənclərinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Toplantıda respublika gənclərinin növbəti forumuna nümayəndələr seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]