Nicat Abbasov şahmat festivalının vitse-çempionudur
Bakı, 16 aprel, AZƏRTAC
Gürcüstan şahmatçısı Giqa Kuparadze 9 mümkün xaldan 7 xal toplayaraq, Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat festivalının “A” turnirində qalib olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Nicat Abbasov və türkiyəli oyunçu Kıvanc Həznədaroğlu hərəyə yarım xalla, 6 şahmatçı isə 1 xalla geridə qalıblar. Azərbaycanın ikinci təmsilçisi Zaur Məmmədov 5 xalla 17-ci yerdə qərarlaşıb.
Beynəlxalq şahmat festivalının əsas turnirində 51 şahmatçı, o cümlədən 14 qrossmeyster mübarizə aparıb.
İsveçrə sistemi üzrə keçirilən beynəlxalq yarışma 9 turdan ibrət olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]