NİCAT MƏMMƏDOV BEYNƏLXALQ TURNİRDƏ LİDERLİYİ ƏLDƏN VERMİŞDİR
Bakı, 9 iyul (AZƏRTAC). Beynəlxalq qrossmeyster Nicat Məmmədov İspaniyada keçirilən “Villa de Benasque” açıq şahmat turnirində liderliyi əldən vermişdir. Həmyerlimizin 7-ci turda erməni şahmatçısı Zaven Andriasyan ilə görüşü heç-heçə başa çatmışdır.
7 turdan sonra hərəsi 6,5 xalq toplamış Romain Edvard (Fransa) və Viktor Lazniçka (Çexiya) turnirin liderləridir. Nicat Məmmədov 6 xalla 3-cü yerdədir.
İsveçrə sistemi üzrə keçirilən turnirin mükafat fondu 25 min avrodur. Turnir iyulun 12-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]