Niderland öz vətəndaşlarına İsrailə səfərdən çəkinməyi tövsiyə edib
Bakı, 14 aprel, AZƏRTAC
Niderland İsrail üçün səyahət məsləhətini dəyişərək, vətəndaşlarına bu ölkəyə səyahətdən çəkinməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Niderlandın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“İsrailə səyahət etməyin”, - deyilən Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: “İran və onun bir sıra müttəfiqləri aprelin 13-də İsrailə raket və pilotsuz uçuş aparatları ilə hava hücumu təşkil edib. Yeni hücumların olması mümkündür”.
Səyahətçilər üçün xəritədə İsrail tamamilə qırmızı rəngdədir. Bu o deməkdir ki, İsrailə səyahət heç bir halda tövsiyə edilmir.
Nazirlik İsraildə olanlara təhlükəli vəziyyət yarandığı halda ölkəni tərk etməyi tövsiyə edib: “Təhlükəsizlik vəziyyəti qeyri-müəyyəndir və daha da pisləşə bilər. Yerli xəbərlərə diqqət yetirin və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl edin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]