NİDERLANDDA 20 YANVAR FACİƏSİ ANILMIŞDIR
Bakı, 21 yanvar (AZƏRTAC). 20 Yanvar qırğınının iyirminci ildönümü ilə bağlı Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi anma mərasimi keçirmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dərnəyin sədri İlhan Aşkın faciə ilə bağlı məlumat vermiş, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin müşaviri Elxan Ələsgərli faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini qeyd etmişdir.
Sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx göstərilmişdir.
Mərasimdə Niderlandda yaşayan soydaşlarımız, Azərbaycan və Türkiyədən qonaqlar iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]