Niderlandın qadın voleybolçuları Avropa çempionatının yarımfinalına yüksəliblər
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinalçısı məlum olub.
AZƏRTAC xəbər verir ki, dörddəbir finalda İtaliya millisinə 3:0 hesabı ilə qalib gələn Niderland yığma komandası yarımfinala yüksəlib.
Niderland voleybolçuları birinci setdə 25:17 hesab ilə rahat qələbə qazanıblar. İtaliyalılar ikinci setdə dönüş yaratmağa çalışsalar da, məğlubiyyətdən yaxa qurtara bilməyiblər - 20:25. Üçüncü setdə daha böyük üstünlüklə - 25:13 hesabı ilə qalib gələn Niderland millisi yarımfinala vəsiqəni çətinlik çəkmədən təmin edib.
Günün ikinci oyununda Serbiya və Belarus komandaları üz-üzə gələcəklər. Yarımfinala vəsiqə uğrunda sentyabrın 29-da keçiriləcək görüşlərdə Azərbaycan millisi Almaniya seçməsi, Türkiyə yığması isə Rusiya kollektivi ilə qarşılaşacaqlar.
Dörddəbir final mərhələsinin görüşləri Milli Gimnastika Arenasında keçirilir.