Nigeriyada silahlıların hücumu nəticəsində 14 nəfər həlak olub
Bakı, 3 aprel, AZƏRTAC
Nigeriyanın qərbində silahlı şəxslərin hərbi bazaya və onun yaxınlığındakı rayonlara hücumu nəticəsində 14 nəfər həlak olub.
AZƏRTAC yerli PM News qəzetinə istinadla xəbər verir ki, çərşənbə günü 200-ə yaxın silahlı şəxs Niger ştatının Allava rayonundakı bazaya hücum edərək altı əsgəri və bir polisi öldürüb. Bundan sonra onlar hərbi bazanı yandıraraq ətraf rayonlara yollanıblar. Orada daha yeddi nəfəri qətlə yetirib, bir neçəsini isə oğurlayıblar.
Yerli KİV bu hücumlar barədə şənbə günü məlumat yayıb.
Ştatın qubernatoru Abubakar Sani-Bello sakinləri sakitliyə əməl etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]