NİJNİ NOVQORODDA “PREZİDENT HEYDƏR ƏLİYEV” TANKERİ SUYA SALINMIŞDIR
Bu, zavodda Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün inşa edilən ikinci tankerdir.
Azərbaycan şirkəti ilə 2002-ci ilin oktyabrında imzalanmış müqavilədə 2005-ci ilədək iritonnajlı dörd tanker inşa edilməsi nəzərdə tutulur. Bu tip gəmilərin uzunluğu 152 metr, hündürlüyü 10,5 metrdir və onlarda 12 yük neft anbarı (tank) olur. “Prezident Heydər Əliyev” tankeri daha möhkəm və təhlükəsizdir, çünki bortu və dibi ikiqatdır ki, bu da qəza zamanı neft məhsullarının sızmasına imkan vermir.
Gəminin suya salınması mərasimində Azərbaycan nümayəndələri də iştirak etmişlər. “Krasnoye Sormovo”nun sexlərində isə üçüncü tankerin inşasına başlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:11]
Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]