Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nine Senses SEA BREEZE” sizi yoqa festivalına dəvət edir

Bakı, 28 aprel, Tatyana İvanayeva, AZƏRTAC

Yerli media nümayəndələri və blogerlər II Beynəlxalq “Nine Senses Fest – 2025” Yoqa Festivalı ərəfəsində təşkilatçıların dəvəti ilə tədbirin keçiriləcəyi məkanda – “Nine Senses Art Center”də olublar.

Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses Art Center”in təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir həm festivalın keçiriləcəyi məkan, həm də onun proqramı ilə tanışlıq məqsədi daşıyırdı. Qonaqları qarşılayan Mərkəzin direktoru Natalya Jukova “Nine Senses” (“Doqquz hiss”) adının mənası barədə məlumat verib. Onun sözlərinə görə, 2023-cü ilin martında açılan Mərkəz Xəzər dənizin sahilində ən təmiz havası olan məkandır və ilk gündən təklif edilən proqramları ilə diqqəti cəlb edib. N.Jukova əlavə edib ki, dünyada bu Mərkəzin analoqu yoxdur. Belə ki, vahid məkanda maraqlı - həm yaradıcı, həm də ruhi praktikalar bir araya gətirilib.

Qeyd etmək lazımdır ki, Mərkəzin binası hər hansı bucaqların hətta bir işarəsinin də tam olmaması ilə görənləri heyran edir. Onun memarı Aleksey Fursov təkcə rahat bir bina yaratmayıb, həm də onu ətrafdakı mənzərəyə ahəngdar şəkildə uyğunlaşdırıb. O, insanların özünü tanıması və inkişaf etdirməsi üçün ideal bir məkan hazırlayıb, hazırda bu yer bizim əhatəmizdəki bütün dünyaya nüfuz edən enerji axınları vasitəsilə Kainatla ortaq dil tapmaq istəyən insanlar üçün “toplanma nöqtəsi” kimi özünü təsdiqləyib. Natalya Jukova deyir: “Birincisi, buranın özəlliyi insanı memarlıq vasitəsilə müəyyən bir ruh vəziyyətinə salmasıdır. Binanın bükülmüş vərəq şəklində olması, enerjinin bir dairədə açılması və maneələrlə qarşılaşmadan yüksəkliklərə can atması bir yaradıcı impuls deməkdir. İkincisi, biz üç sahədə məşğul oluruq: bədən, ruh, zehin. Bütün bu sahələri öz mənaları ilə əhatə edən müxtəlif müəllimlər fəaliyyət göstərir. İncəsənət laboratoriyası heç vaxt rəsm çəkməyi və heykəltaraşlığı öyrənməmiş insanlarda bədii bacarıqların inkişaf etdirilməsi üçün məsuldur”.

Bundan əlavə, İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də animasiyadır. Onun çərçivəsində böyüklər və uşaqlar öz video və ya cizgi filmini yarada bilərlər. Mərkəzin direktoru qeyd edir: “Bizim bədən vasitəsilə özünü göstərməklə əlaqəli rəqs istiqamətimiz də var. Mərkəzimiz yoqa üzrə geniş istiqamətlər təklif edir və biz onların demək olar ki, hamısı ilə məşğul oluruq. Özümüz və tamaşaçılar üçün yeniliklər kəşf etməkdən xoşbəxtik. Həm də qürur duyuruq ki, xaricdən bizə müxtəlif təcrübələr keçən insanlar gəlir.

Ümumiyyətlə, meditasiya fəaliyyətimizin bütöv bir istiqamətidir. Hər birimiz istənilən əlverişli vaxtda gündəlik ən azı beş dəqiqə meditasiya etsək belə, ətrafımızdakı məkanın konfiqurasiyası tədricən dəyişəcək və həyatda müsbət dəyişikliklərə səbəb olacaqdır. Düşünürəm ki, meditasiyanın heç bir dini mənsubiyyəti olmadığını qeyd etmək vacibdir. Dua Tanrıya xüsusi müraciətdir, meditasiya isə öz daxilində sizin daxili aləminizdə Yaradanla ünsiyyət deməkdir”.

N.Jukova bildirib ki, festivalın şüarı “Ənənədən reallaşdırmaya yol”dur. Tədbirə həm Azərbaycandan, həm də xaricdən müəllimlər dəvət olunur. Onlar həyatımızda tətbiq oluna biləcək real, sübut edilmiş təcrübələri paylaşacaqlar. Təşkilatçıların fəxrlə qeyd etdiyi kimi, bu il “Nine Fest” festivalı bir neçə məkanda - Neftçilər prospekti, “Sea Breeze Event Hall”, “The club Port Baku” və “JW Marriot Hotel”in açıq meydançasında təqdim olunacaq. O, inanılmaz dərəcədə zəngin proqrama malikdir. Müəllimlər yoqa sahəsinin rəhbərləri olacaqlar, onların hər biri öz istiqamətini təmsil edəcək. Festivalda həmçinin “Event Hall”da sufizm günü keçiriləcək.

Festivalın xüsusi və ən çox gözlənilən qonağı vokal vasitəsilə güclü qadın vibrasiyası təqdim edən və qadın enerjisinin dirijoru olan, habelə “Yerin rəsmi səsi” tituluna malik bəstəkar və şair Perukua olacaq. O, əslən Avstraliyadandır və demək olar ki, otuz ilə yaxındır dünyanı gəzir, ruhun dərin, ehtiraslı yolunu musiqi ilə çatdırır. Bu, özünü həqiqətən tanımaq üçün susuzluğu, orijinal sevgi mənbəyinə olan istəyi, tam oyanışı təcəssüm etdirir. Bundan əlavə, o, insanlara öz səsini və mahiyyətini daha dərindən açmağa kömək edən “Vokal Yoqa”, “Vokal Tantra” və “Emosional təmizlənmə” transformasiya təcrübələrinin yaradıcısıdır.

Festival çərçivəsində mayın 2-dən 4-dək praktiki yoqa və meditasiya dərsləri, Şərq və slavyan təbabətinin incəlikləri, çay mərasimləri, sufi fəlsəfəsinin nüansları haqqında məlumat veriləcək. Təşkilatçılar art-terapiya, sufi və səs ifaları, konsertlər, vəcdli rəqslər, nevroqrafiya və qadınların balans təcrübələrini əhatə edən qeyri-adi yaradıcı proqram hazırlayıblar. Festivalın üç günü iştirakçılara Çingiz Mustafayev, “Sound Healing Club”, “Tarz-ı Vefa Kervanı” və VIBROSOUNDLAB-ın konsertləri təqdim olunacaq.

Festivalda Azərbaycanın milli adət-ənənələrinə də toxunulur və qonaqları həkim-terapevt, müəllim, osteopat, naturopat, Qarabağ Ənənəvi Təbabət və Osteopatiya Mərkəzinin rəhbəri Ahu Musayevanın unikal metodu gözləyir. Ahu xanım Qarabağ xalq təbabətinin üsullarını birləşdirərək, onun əsasında özünün metodunu yaradıb. “Mən göstərmək istəyirəm ki, Azərbaycanın milli təbabəti üsulu ilə necə sağalmaq olar. Əcdadlarımızın istifadə etdiyi imkanlar çoxdan sübut olunub”, - deyə o vurğulayıb.

Öz növbəsində, festivalın tərəfdaşı, ANSA akademiyasının təsisçisi və aparıcı mütəxəssisi Bikə Mir-Qasımova “Nine Senses”in Azərbaycanın mənəvi turizm məkanı olduğunu qeyd edib. “Bildiyiniz kimi, “retreat” istiqaməti bütün dünyada çox populyardır və beləliklə, biz Azərbaycanı bu sahədə təbliğ edirik. 2024-cü ildə keçirilən festivaldan sonra xaricdən gəlmiş üç-dörd müəllimimiz artıq Azərbaycanda bu istiqaməti sınaqdan keçirib, 500-ə yaxın qonaq bizə qoşulub. Ona görə də bizim əsas məqsədlərimizdən biri ölkənin qədim adət-ənənələrini, Azərbaycan torpağının enerjisini nümayiş etdirməkdir”, - deyə o sözlərini yekunlaşdırıb.

“Nine Senses Fest – 2025” çərçivəsində Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə “Made in Azerbaijan” brendlərinin öz məhsullarını təqdim edəcəyi yarmarka da təşkil olunacaq. Yarmarkanı özündə 200-dən çox brendi birləşdirən “shoppingaz.az” onlayn alış-veriş platforması təşkil edir. Yarmarka yerli brendləri tanıtmaq və iştirakçılarla birbaşa əlaqə yaratmaq üçün əla fürsət olacaq. Bu unikal festivalın biletləri artıq satışdadır. Ətraflı məlumat və tədbirin tam proqramı ilə festivalın rəsmi səhifəsində tanış olmaq olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır