Nino Tsilosani: Gürcüstanda hökumət əleyhinə aksiyaların arxasında Soros fondu dayanır
Tbilisi, 23 dekabr, AZƏRTAC
Gürcüstanda noyabrın 28-də keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun yaratdığı Soros fondu dayanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani sosial şəbəkələrdə yazıb.
O yazır ki, bir gün əvvəl “İmedi” telekanalı Tbilisidəki etiraz aksiyalarının təşkilatçıları – “Daitov” (“Yanında qal”) və “Caçvi” (“Zəncir”) təşkilatları barədə reportaj hazırlayıb. Amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondunun binasında təşkilatçılar və fəalların görüşləri keçirilir. Ofisdəki fəallara lazımi simvollar - Gürcüstan, Aİ, ABŞ bayraqları, vərəqələr və plakatlar verilir.
“Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Soros və onun fondunun qadağan edilib-edilməməsi ilə bağlı sorğu keçirərkən, Soros fondu Gürcüstanda hökumət əleyhinə etirazlar təşkil edir”, - deyə Tsilosani bildirib.
Bundan əvvəl rəsmi Tbilisi Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]