Niyazinin ev-muzeyində Klassik Musiqisevərlər Klubunun 3 illiyi qeyd edilmişdir
AZƏRTAC xəbər verir ki, tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, tanınmış musiqiçilər, muzeyin əməkdaşları, KİV nümayəndəkləri iştirak etmişlər.
AMMDM-in direktoru, sənətşünaslıq namizədi, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova klubun yaranmasından söz açmış, fəaliyyəti və uğurları barədə məlumat vermişdir. Xatırlatmışdır ki, Niyazinin ev-muzeyinin açılışında bir neçə gündən sonra anadan olmasının 88-ci ildönümünü qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyev iştirak etmişdir.
Tamaşaçılar klubun 3 illik fəaliyyətini əks etdirən slayd-şou və fotosərgiyə maraqla baxmışlar.
Qeyd edək ki, tədbir görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin anadan olduğu günə təsadüf etdiyindən bəstəkarın yaradıcılığına həsr olunmuş geniş konsert proqramı da təqdim olunmuşdur. Konsertdə Bakı Musiqi Akademiyası tələbələrinin, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti Nərgiz Kərimovanın, Bülbül adına orta ixtisas, şəhər 21 və 15 nömrəli musiqi məktəblərinin şagirdlərinin ifaları dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]