Nöqsanlara görə 64 məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmadı
Bakı, 13 sentyabr, AZƏRTAC
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda, şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.
Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]