Novak Cokoviç “Australian Open-2023”ün iştirakçıları sırasında yer alıb
Belqrad, 10 dekabr, AZƏRTAC
Serbiyalı məşhur tennisçi Novak Cokoviç kişilər arasında keçirilən “Australian Open-2023” turnirinin iştirakçıları sırasında yer alıb.
AZƏRTAC xəbər verir ki, gələn il yanvarın 16-29-da keçiriləcək və mövsümün ilk “Böyük dəbilqə” turnirinin əsas püşkatmalarında iştirak edəcək tennisçilər məlum olub.
Serbiyalı tennisçi N.Cokoviç “Böyük dəbilqə” seriyasından olan “Australian Open-2023”ün əsas püşkatmalarında iştirak edəcək.
N.Cokoviç qazandığı doqquz çempionluqla bu turnirin tarixində ən uğurlu tennisçisidir.
Xatırladaq ki, COVID-19 peyvəndi tələbi səbəbindən N.Cokoviçin “Australian Open” turnirində iştirakına icazə verilməmişdi. Belə ki, serbiyalı tennisçi həmin turnirdə oynamaq üçün getdiyi Avstraliyada sərhəd orqanları tərəfindən saxlanılmışdı. Avstraliya Federal Məhkəməsi isə tennisçinin vizasını ləğv etmişdi.
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]